Azərbaycan əsgərinin döyüş ruhu torpaq, Vətən sevgisinin nümayişi idi
02.11.2022 [11:46]
Nihad Pənahov
Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri
44 günlük İkinci Qarabağ müharibəsi 30 il davam edən danışıqların imitasiya naminə aparıldığını ortaya qoydu. Ermənistan rəhbərliyinin yeni ərazilərlə bağlı müharibə planı da başına çəkilən sığallara əsaslandı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ən yüksək tribunalardan ikili standartlara əsaslanan siyasətin yaratdığı problemlərdən, faciələrdən bəhs edərək bu çağırışı edirdi ki, qətnamələrin icrası üçün vahid mexanizm olmalıdır. Postmünaqişə dövründə cənab İlham Əliyevin çıxışlarında, keçirdiyi görüşlərdə bu məqam xüsusi vurğulanır ki, beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi. Lakin, əfsuslar olsun ki, bu qətnamələr icra olunmamışdır və Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsi daim gündəmə gətirilib. Bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin Azərbaycana gəldikdə onlar beynəlxalq iştirakçılar tərəfindən ümumiyyətlə icra olunmamışdır. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün ATƏT-in Minsk qrupuna həmsədr ölkələrin mandatı var idi. Əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib.
Bu mühüm məqamı da qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsi başlamadan əvvəl, BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı dövlət başçısı İlham Əliyev Ermənistanın yeni ərazilər uğrunda müharibə planı hazırladığını dünyaya çatdırdı. Amma dünya gücləri yenə də ənənələrinə uyğun olaraq susmaqda davam etdilər. Həmin sessiyadan 3 gün keçmədi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutdular və 44 günlük İkinci Qarabağ müharibəsi başlandı. Əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialını Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik.
Reallıq budur ki, 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılan ATƏT-in Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində saralaraq icrasını gözlədi. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı.
Azərbaycan xalqı “İrəli!” əmrini gözləyirdi. Ermənistan silahlı qüvvələrinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi xalq-ordu birliyinin, orduya olan inamın göstəricisi idi. Azərbaycan əsgərinin döyüş ruhu torpaq, Vətən sevgisinin nümayişi idi. Canları, qanları ilə tarix yazan Vətən oğulları şəhidlik zirvəsinə ucalmaqla bir daha sübut etdilər ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir. Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq, onların həyat yolu indiki və gələcək nəsillər üçün bir vətənpərvərlik məktəbi olacaq.
Azərbaycan xalqı tarixi Zəfərimizlə bir daha dünyaya məğrur, yenilməz xalq olduğunu nümayiş etdirdi. Artıq Qarabağ münaqişə tarixə qovuşub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, biz artıq gələcəyə baxmalıyıq. Hazırda əsas hədəf dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin şahidləridir. Evlər, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib, izləri silmək üçün bütün tikililər dağıdılıb. Ermənilər unutdular ki, tarixi faktları, həqiqətləri silmək qeyri-mümkündür. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Azərbaycan dövləti daim tarixin yaddaşına söykənərək ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı soqırımı siyasəti həyata keçirdiklərini dünyaya çatdırır. Bu gün danışan, qalib olan yalanlar deyil, tarixi faktlardır. Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanaraq 44 günlük İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa etdi. Bu gün tarixi sahibinə qovuşan torpaqlarımız quruculuq meydanına çevrilib.
Xəbər lenti
Hamısına baxSosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Gündəm
15 Sentyabr 12:22
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40

