/ / Ümummilli Lider Heydər Əliyev qurtuluş missiyası həyata keçirərək milli dövlətçiliyimizin xilaskarı olub
Ümummilli Lider Heydər Əliyev qurtuluş missiyası həyata keçirərək milli dövlətçiliyimizin xilaskarı olub
12.12.2022 [11:08]
Azərbaycan xalqı qarşısında göstərdiyi müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qazandığımız mühüm tarixi nailiyyətlər hər ötən il daha mühüm önəm kəsb edir. Belə ki, müstəqilliyimiz məhz Ulu Öndər Heydər Əliyevin onun misilsiz xidmətləri sayəsində əbədi və dönməz xarakter alıb.
Birmənalı şəkildə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət siyasət yalnız Azərbaycan xalqının maraqları üzərində qurulub. Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti boyu müdrik və uzaqgörən siyasəti, nadir rəhbərlik keyfiyyətləri ilə seçilmiş, bilik və bacarığını daim bütün azərbaycanlıların qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəltmiş, müstəqil dövlətimizi və xalqımızı zamanın çətin sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş BÖYÜK VƏTƏNPƏRVƏR idi.
Belə ki, istər keçmiş ittifaq dönəmində fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev daim Azərbaycana ləyaqətlə xidmət etmiş, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanmışdır.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və inkişaf yoluna çıxarılmasında da böyük xidmətləri olmuşdur. 1990-cı illərin əvvəllərində, hələ SSRİ-nin mövcud olduğu bir vaxtda Ulu Öndər Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq Moskvadan Azərbaycana qayıtmış, doğma Vətənində milli vətəndaş birliyinin yaradılması, ölkənin müstəqilliyinin bərpası istiqamətində əsl tarixi missiya həyata keçirmişdir.
Ulu Öndər Heydər Əliyevin 1990-1993-cü illərdəki fəaliyyəti Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifələrini təşkil edir. 1993-cü ildə Azərbaycan dövlətçiliyinin çətin sınaqlar qarşısında dayandığı, məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Ümummilli Lider Heydər Əliyev xalqın çağırışına səs vermiş, onun təkidi və xahişi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və xüsusi qurtuluş missiyası həyata keçirərək milli dövlətçiliyin xilaskarına çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyev güclü şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Siyasi və dövlətçilik fəaliyyəti sayəsində öz doğma xalqına sədaqətli xidmət edən və onun yolunda hər cür fədakarlığa hazır olan Ulu Öndərin öz dəyərini həmişə saxlayacaq uzaqgörən siyasəti, parlaq dühası və zəngin irsi Azərbaycanın uğurlu inkişafının təməlində dayanır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi bir qərinə ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyini düşündüyü şəksizdir.
Müstəqil dövlətimizin başçısı olduğu 10 il ərzində (1993-2003-cü illərdə) Azərbaycan Respublikasında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə milli inkişafın əsasları yaradılmış, daxili sabitlik, milli həmrəylik təmin olunmuş, Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırılmış, bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlanmış və həyata keçirilmişdir. Ulu Öndər Heydər Əliyev bu mərhələdə həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək müstəqil Azərbaycan dövlətinin qurucusu olmuşdur.
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq, quruculuq və liderlik missiyasının, milli dövlətçilik təfəkkürünün, peşəkar idarəçilik təcrübəsinin, zəngin siyasi irsinin, milli ideologiya səviyyəsinə qaldırılmış azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və hərtərəfli inkişaf etdirilməsi Azərbaycan xalqı qarşısında dayanan əsas vəzifələrdəndir. Ona görə də Azərbaycan xalqı yaşadıqca onun şüurunda, təfəkküründə və yaddaşında Ümummilli Liderin özünəməxsus yeri olacaq. Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri hər zaman minnətdarlıqla xatırlanacaq.
Zamir Hüseynov,
YAP Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxMədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27

