İkili standartlara əsaslanan siyasətə son qoymaq zamanıdır
19.12.2022 [14:26]
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunub.
Əsas tələb budur ki, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. İşğalçı dövlət yenə də əsassız iddiaları, qərəzli təbliğatı ilə diqqətdədir. Belə ki, Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır. Təbii sərvətlərimizin talanmasına, ekoloji terrora etiraz etmək haqqımızdır. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək bu addımlarını davam etdirəcəklərini bildirirlər. Aksiyaya qoşulanların sayı günbəgün artır. Bu, dünyaya sülh, ədalət mesajı olmaqla yanaşı, birliyimizin, həmrəyliyimizin nümayişidir. 30 il işğalçı dövlət torpaqlarımızın malik olduğu təbii sərvətlərdən istifadə edərək iqtisadi durumunu yaxşılaşdırmağa çalışıb. Azərbaycanın şanlı Zəfərindən sonra beynəlxalq ekspertlərin təhlillərində bu məqam xüsusi yer aldı ki, iqtisadi böhran içərisində çabalayan Ermənistanın iqtisadi vəziyyəti daha da ağırlaşacaq. Azərbaycan yeraltı və yerüstü sərvətlərlə zəngin ölkədir. Yenilməz, məğrur xalqımız daim bu sərvətlərin sahibi olduğu üçün qürur duymaqla yanaşı, onları qorumağa səy göstərib.
Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyası bunun bir daha təsdiqidir. Azərbaycan məsuliyyətli ölkədir. Ermənistanın apardığı qərəzli təbliğatın əksinə olaraq Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Ermənilərin apardıqları təbliğatın əsassızlığını təsdiqləyən bu faktı da qeyd etməliyik ki, Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə cəmi 30-35 min insan yaşayır. Onların böyük hissəsi isə hərbi qulluqçulardır. Azərbaycan fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələ ki inteqrasiya olunmayıb. Tarixi Zəfərimizdən ötən iki ildə görünən budur ki, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı kobud şəkildə pozur. Laçın yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması üçün istifadə edir, bununla da Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə zidd olaraq qanunsuz fəaliyyətini davam etdirir. Azərbaycanın Ermənistana irəli sürdüyü sülh təklifi əksər dünya gücləri tərəfindən dəstəklənir və buna nail olmaq üçün səylərini əsirgəməyəcəklərini bildirirlər. 30 illik işğal dövründə Ermənistana dəstək missiyasını yerinə yetirən bəzi dövlətlər hazırda gizli, yaxud aşkar şəkildə bu funksiyalarını yerinə yetirib vəziyyəti gərginləşdirməyə çalışmaqla dövlətlərarası münasibətlərdə əsas amil olan etimad mühitinə öz mənfi təsirlərini göstərirlər. İkili standartlara əsaslanan siyasətə son qoymaq zamanıdır.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09

