/ / Yeni əməkdaşlıq əlaqələrinin qurulması və erməni yalanlarının ifşası baxımdan bu ilki Davos Forumu da xüsusi əhəmiyyətilə yadda qaldı
Yeni əməkdaşlıq əlaqələrinin qurulması və erməni yalanlarının ifşası baxımdan bu ilki Davos Forumu da xüsusi əhəmiyyətilə yadda qaldı
24.01.2023 [11:19]
“Davos Forumu dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, böyük şirkətlərin rəhbərlərinin, biznes sektorunun aparıcı nümayəndələrinin təmsil olunduğu qlobal forumdur. Davos Forumunun məqsədi dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa və əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, bu istiqamətdə müzakirələr aparmaqdır. Hər il ənənəvi olaraq keçirilən Davos Forumunda bu il dünyanın 130 ölkəsindən rekord sayda - 2700-dən artıq tanınmış şəxs, habelə 52 dövlət və hökumət başçısı iştirak edib. Sevindirici haldır ki, Azərbaycan da bu forumda ən yüksək səviyyədə təmsil olunur”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev Davosa bu dəfəki səfəri çərçivəsində də çoxsaylı səmərəli görüşlər keçirib, iclaslarda iştirak edib: “On beşinci dəfədir ki, Davos Forumunda iştirak edən Prezident İlham Əliyevin bu dəfəki İsveçrə səfəri də çoxsaylı yüksək səviyyəli görüşlərlə yadda qaldı. Heç şübhəsiz ki, bu görüşlərin təşəbbüskarları bir qayda olaraq qarşı tərəf olur. Bu, bir tərəfdən Prezident İlham Əliyevin şəxsiyyətinə marağın və rəğbətin göstəricisi, digər tərəfdən isə ölkəmizdə xarici investisiyalar üçün yaradılmış münbit şəraitin bariz sübutudur. Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin 8 qlobal şirkətin rəhbər şəxsləri, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə görüşüb. Bununla yanaşı, dövlət başçımızın ilə Latviya, Litva, Xorvatiya, Monteneqro, Hollandiya dövlət və hökumət başçıları ilə də görüşləri olub. Bu görüşlər əsnasında Prezident İlham Əliyev tərəf müqabillərinə həm də regional vəziyyət haqqında ətraflı məlumat verib. Xüsusilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, bu məsələdə Ermənistanın destruktiv mövqeyi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olan müxtəlif bəhanələri və danışıqlar prosesindən yayınmaq cəhdləri geniş müzakirə mövzusu olub. Prezident İlham Əliyev keçirdiyi bütün görüşlərdə Laçın yolu ətrafında yaranmış vəziyyət, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin talan edilməsinə qarşı etiraz aksiyasından danışıb. Bu aksiyanın legitim əsaslara söykəndiyi vurğulanıb. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində kriminal qruplaşmaların mövcudluğu, Laçın yolundan uzun müddət minaların daşınması üçün istifadə edildiyi diqqətə çatdırılıb. Bir sözlə, Davos Forumu həm də Ermənistanın iddialarının və yalanlarının ifşası baxımdan xüsusi əhəmiyyət kəsb etdi”.
“Davos forumu Azərbaycanla müxtəlif sferalarda əməkdaşlıq etmək istəyənlərin sayının gündən günə artdığını növbəti dəfə göstərdi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, istər görüşlər, istərdə də sessiyalarda aparılan müzakirələr əsasən Azərbaycanın Avropanın enerji təhlükəsizliyin təmin edilməsində artan mühüm rolundan, dünya ticarət sisteminin nəqliyyat və logistika sektorunda Azərbaycanın əhəmiyyətindən, ölkəmizin Avropa qitəsinə ixrac edəcəyi bərpaolunan enerji potensialından və başqa qlobal məsələlərdən ibarət olub: “Yüksək səviyyəli görüşlərin və müzakirələrin keçirilməsi əlbəttə ki, Azərbaycana olan maraqdan irəli gəlir. Forum çərçivəsində gedən müzakirələrin nəticələri bir daha Azərbaycanın uğurlarının, inkişafının, onun dünya miqyasında əhəmiyyətinin göstəricisi olduğunu isbatlayır. Artıq bütün dünya bilir ki, Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir”.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32

