YAP Tərtər rayon təşkilatının 2022-ci ilin yekunları üzrə hesabat yığıncağı keçirilib
26.01.2023 [15:30]
25 yanvar 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının hesabat yığıncağı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, bu gün Azərbaycan tarixin ən güclü, ən qüdrətli dövrünü yaşayır. Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradıb. Vətən müharibəsindən qalib çıxan Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa edib. Bu uğurlarda YAP üzvlərinin də böyük payı var. YAP aparıcı siyasi qüvvə kimi yarandığı ilk gündən bütün qüvvə və bacarığını dövlətə, xalqa xidmətə yönəldərək Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli tövhəsini verib. Ümummilli Lider Heydər Əliyevin gələcəyə hesablanmış siyasətinin Prezident İlham Əliyev tərəfindən son 20 ildə uğurla davam etdirilməsi nəticəsində istər ölkəmizin, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başlayıb.
Sonra rayon təşkilatının sədri Eldar Əsədov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, YAP Tərtər rayon təşkilatı 2022-ci il ərzində hesabat dövründə öz fəaliyyətini partiyanın VII Qurultayında qəbul edilmiş yeni Nizamnamə və Proqramına, Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə uyğun fəaliyyət göstərib. E. Əsədov vurğulayıb ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan olunması ilə əlaqədar rayon təşkilatı, eləcə də ərazi partiya təşkilatları müxtəlif səpkili tədbirlər keçirmişdir.
Qeyd edib ki, hazırda 62 ərazi partiya təşkilatını özündə birləşdirən YAP Tərtər rayon təşkilatının 7009 nəfər partiya üzvü vardır. Onlardan 3866 nəfərini qadınlar, 3143 nəfərini isə kişilər təşkil edir. Partiya üzvlərindən 1150 nəfərini gənclər təşkil edir.YAP Tərtər rayon təşkilatı istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak ediblər. Partiya rəhbərliyi tərəfindən 2023-cü il üçün rayon təşkilatının qarşısında duran vəzifələrdən , eyni zamanda bu il üçün nəzərdə tutulmuş İş Planı barədə yığıncaq iştirakçılarına məlumat verdi.
Daha sonra o qeyd edərək bildirdi ki, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən 2023-cü il "Heydər Əliyev İli" elan olunmuşdur. Məhz buna görə də hər birimiz il ərzində "Heydər Əliyev İli" nə uyğun işimizi qurmalıyıq. Rayon təşkilatının 2023-cü il üçün İş Planı "Heydər Əliyev İli" nəzərə alınaraq tərtib edilmişdir.
Həmçinin il ərzində Vətən müharibəsində şəhid olmuş 46 hərbi, 16 mülki şəhidin anım və doğum günlərində onların ailələri ziyarət olunmuş, 54 qazi və onların valideyinləri ilə görüşlər keçirilmiş, şəhid ailələri və qazilərə maddi yardımlar olunmuşdur .
Yığıncağda çıxış edənlərdən Tərtər- 3 ərazi partiya təşkilatının sədri Sahib Həsənov, Poçtamt ərazi partiya təşkilatının sədri Emin Qurbanov, “Yeni Tərtər qəzeti” ərazi partiya təşkilatının sədri Elfuzə Vəliyeva, Şəhər Bələdiyyəsinin sədri Tünzalə Vəliyeva ,YAP fəalları Arzu Qədimzadə və Əqdəm Əlişzadə YAP Tərtər rayon təşkilatının hesabat dövründəki fəaliyyəti haqqında fikirlərini bildirmiş və illik hesabatı qənaətbəxş hesab etmişlər.
Yığıncaqda 2022-ci ilə dair illik hesabatı, eləcə də 2023-cü ildə görüləcək işlərlə bağlı İş Planı təsdiq edildi.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26

