Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir
07.02.2023 [15:02]
Azərbaycan müstəqillik illərində təməlini Ümummilli lider Heydər Əliyevin qoyduğu və ölkənin uzunmüddətli inkişafına hesablanan yeni neft strategiyasını uğurla reallaşdırır. Haqlı olaraq Cənub Qaz Dəhlizi də respublikamızın çox uğurlu enerji strategiyasının əsas elementlərindən biri kimi səciyyələndirilir. Ölkəmizdə həyata keçirilən digər mühüm enerji layihələri Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaratdı. Sonradan isə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu layihənin uğurlu istismarı və fəaliyyəti üçün yaradılmışdır. Məlum olduğu kimi fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Tədbirdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda çıxış edib. Dünyanın dəyişdiyini, artıq enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyətinin artdığını qeyd edən dövlət başçımız, enerji təhlükəsizliyinin həqiqətən milli təhlükəsizlik məsələsi olduğunu vurğulayıb. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına haqqında danışarkən, hər bir şeyin vaxtında edildiyini, vaxt itirilmədiyini müəyyən yubanmalar olsa da, Cənub Qaz Dəhlizi layihəsinin icrasının mümkün qədər tez başa çatdırıldığını və artıq onun genişləndirilməsi barədə danışıldığını qürurla qeyd edib: “Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq. ”
Prezident İlham Əliyev beynəlxalq maliyyə təsisatları ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərindən də bəhs edərək qeyd edib ki, bu gün komandamızda yalnız dörd iştirakçı ölkə olsa da, bu sayın artma potensialı var, çünki biz düşünürük ki, yalnız hökumətlər deyil, şirkətlər də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər.
Qlobаllаşmа prosеsinin bütövlükdə dünyа iqtisаdiyyаtının sаbit və dаvаmlı inkişаfınа təsiri əslində ziddiyətli хаrаktеr dаşıyır. Bеlə ki, əvvəlа, dünyа
iqtisаdiyyаtının sistеmli inkişаfı qlobаl səviyyədə iqtisаdi mаrаqlаrın optimаl və ədаlətli uzlаşdırılmаsını tələb еdir. Əks təqdirdə qlobаl tərəqqinin bir
istiqаmətliliyindən yayınmaq, yаха qurtаrmаq mümkün olmayаcaqdır. Еyni zаmаndа, bеynəlхаlq iqtisаdi münаsibətlərin müаsir vəziyyəti hər hаnsı bir optimаllıq və ədаlətliliyin rеаl olmаdığını аçıq şəkildə əks göstərir.
İclasda maliyyə təsisatlarının təmsil olunduqlarını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər maliyyə qurumları bizimlədir. Ümid edirik ki, məhsuldar əməkdaşlığımızı bərpaolunan enerji sahəsində də davam etdirəcəyik”.
Prezident İlham Əliyev, həmçinin SOCAR ilə BP arasında uğurlu əməkdaşlığa da toxunub: “Dövlət Neft Şirkəti və BP artıq 30 ildir ki, strateji münasibətlərə
malikdirlər. Bu, sonrakı 30 il ərzində də belə olacaq”.
Dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir. Prezident İlham Əliyev öz çıxışında birmənalı olaraq bəyan etdi ki, bu, artıq təsdiq olunmuş faktdır: “Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Biz, həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən etmişik. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Düşünürəm ki, bu potensial daha artıq olacaqdır. Yəni, hazırda əlimizdə olan imkanlar bunlardan ibarətdir.”
Şübhə yoxdur ki, Cənub Qaz Dəhlizi uzun illər ərzində Avropanı mavi yanacaqla təmin edəcək etibarlı mənbələrdən biri olacaq və Avropada enerji sahəsində inkişafda mühüm rol oynayacaq.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26

