/ / Azərbaycanın iradəsinin ortaya qoyulması bizim haqlı mövqeyimizdən bir addım da geri çəkilməyəcəyimizin təsdiqidir
Azərbaycanın iradəsinin ortaya qoyulması bizim haqlı mövqeyimizdən bir addım da geri çəkilməyəcəyimizin təsdiqidir
22.02.2023 [11:54]
Almaniyada beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu ənənəvi Münxen Təhlükəsizlik Konfransının 59-cu görüşü keçirildi. Prezident İlham Əliyevin də iştirak etdiyi budəfəki konfransa 800 nəfərdən çox nümayəndə qatılmışdı. Cari ilin fevral ayının 18 - də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirildi.
Plenar iclasda çıxış edən Prezident cənab İlham Əliyev Vətən müharibəsindən sonrakı vəziyyətə diqqəti yönəltməklə yanaşı, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin məhsuldar sonluqla yekunlaşması üçün böyük və gərgin işlərin görüldüyünü bildirərək qeyd etmişdir: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır. Dünən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz bir daha Brüssel prosesinə sadiq olduğumuzu təsdiqlədik. Bu gün isə Dövlət katibi Blinken tərəfindən təşkil olunmuş üçtərəfli görüş zamanı biz, həmçinin Brüssel prosesini və üçtərəfli formatı müzakirə etdik. Hesab edirəm ki, bu formatın üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır. Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar”.
Həmçinin panel müzakirələr zamanı Ermənistanın Baş naziri Nikol Paşınyanın “Dağlıq Qarabağ” ifadəsi işlətməsi və hələdə bölgəni “Dağlıq Qarabağ” kimi dünyaya sırıması onun nə qədər məkrli mövqe nümayiş etdirməsini bir daha aydın şəkildə biruzə verirdi. Həmişə olduğu kimi, yenədə ustalıqla və peşəkarcasına oponentini faktlarla və dəlillərlə susdurmağı bacaran Prezident İlham Əliyev bildirdi: “Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu oradayaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə yox.”
Görüşdə müzakirə olunan digər məsələ Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı olub. Məlumdur ki, Ermənistan uzun müddətdir ki, bu məsələ ilə bağlı hay-küy salır və yolun bağlı olması ilə bağlı beynəlxalq ictimaiyyətə yalan məlumatlar verir və yanlış olaraq düşünür ki, bununla, yəni ayrı-ayrı dövlətlərin və beynəlxaq təşkilatların təzyiqi ilə Azərbaycan öz haqlı tələblərindən əl çəkəcək. Konfransdakı panel müzakirələrdə və eləcədə Blinkenlə görüşdə Paşinyanın guya Laçın dəhlizində ermənilərin humanitar böhran yaşadığını və bu məsələdə Azərbaycan dövlətini ittiham etməyə çalışması, Qarabağ və Şərqi Zəngəzurda ermənilər tərəfindən dağıdılmış məscidləri Sovet İttifaqının üzərinə yıxması əsl erməni xisləti idi və təbii ki, cavabsız qalmadı. Ölkə başçısı tərəfindən konkret faktlarla Laçın dəhlizində yolun bağlı olmamasını, Rusiya Sülhməramlı qüvvələrinin, Qırmızı Xaç Komitəsinin avtomobillərinin sərbəst formada hərəkət etdiyini Blinkenin də nəzərinə çatdırdı.
Münxendə strateji, iqtisadi və diplomatik baxımdan önəmli görüşlər keçirildi. İkitərəfli, çoxtərəfli görüşlərin hər birində bölgəmiz üçün əhəmiyyətli məsələlər müzakirə olundu. Xüsusilə Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərlərinin görüşü və bu görüşdə Azərbaycanın iradəsinin ortaya qoyulması bizim haqlı mövqeyimizdən bir addım da geri çəkilməyəcəyimizi bir daha təsdiqlədi. Azərbaycan Prezidentinin ona ünvanlanan suallara verdiyi açıq və qətiyyətli cavablar da bir daha mövqeyimizi ortaya qoydu. Prezident İlham Əliyevin çıxışı və açıqlamaları postmüharibə dövrünü yaşayan Azərbaycan və Ermənistan üçün bir yol xəritəsi xüsusiyyəti daşıyır.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30

