Heydər Əliyev irsi milli sərvətimizdir
13.03.2023 [11:36]
Azərbaycan üçün XX yüzilliyin ən böyük hadisəsi Ulu Öndər Heydər Əliyev kimi möhtəşəm sərkərdənin, ictimai-siyasi və dövlət xadiminin ölkəmizə rəhbərlik etməsidir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Heydər Əliyev kimi dahi lider ölkəmizə rəhbərlik etmiş, onun yorulmaz və gərgin zəhməti nəticəsində Azərbaycanda bütün sahələrdə baş verən tənəzzül tərəqqi ilə əvəzlənmiş, milli iqtisadiyyatın sürətli və davamlı inkişafı təmin olunmuşdur. Heydər Əliyev 1991-ci ildə ikinci dəfə Azərbaycanın müstəqilliyinin qazanılmasında, qorunub-saxlanılmasında, inkişaf etdirilməsində heç kəsin bacarmayacağı iş görmüşdür. Xalqımızın böyük oğlu dövlətçiliyimizin ən ağır günlərində, mürəkkəb siyasi şəraitdə qətiyyət və iradə göstərmişdir. Ulu Öndər Heydər Əliyev otuz ildən artıq bir dövrdə xalqımızın inkişafı naminə misilsiz xidmətlər göstərərək, yenicə müstəqillik qazanmış respublikanı parçalanmaqdan xilas etmişdir. Ulu Öndər hakimiyyətə qayıdan zaman Azərbaycan parçalanmaq ərəfəsində idi, ölkəmizin üzərində dövlətçiliyin itirilməsinin kabusları görünürdü. Ölkə iqtisadiyyatı tamam çökmüş, infyasiya, böhran güclənmiş, ərzaq tükənmiş, banklar oğurlanıb dağıdılmışdı. Bir sözlə, ölkə sonu görünməyən tunelə salınmışdı. Heydər Əliyevin hakimiyyətə gəlişindən narahat olan nadan qüvvələr onu müdafiə edən şəxsləri hədələyir, cəmiyyətdə hərc-mərcliyi dərinləşdirməyə çalışırdılar. Ulu Öndər zəngin ictimai-siyasi təcrübəsinə, Azərbaycan xalqının dəstəyinə əsaslanaraq ölkəni ağır vəziyyətdən qısa müddət ərzində çıxarmağın yollarını, vasitələrini seçməyi bacardı. O, xalqı bir yumruq kimi birləşdirməyə kömək edə bilən hansı vasitələr varsa, onların hamsından kompleks halda istifadə etməyi bacardı. Ölkəmizi gülşənə çevirən Heydər Əliyevin müdrik siyasəti, zəhməti olmuşdur. O, heç zaman heç kəsin qarşısında əyilmədi, qürurunu, qəhrəmanlığını ömrünün sonuna qədər qoruyub saxladı. XX əsrdə dünya azərbaycanlılarını birləşdirən, bu birliyi real həyata keçirmək üçün xüsusi hökumət qurumlarını yaradan da Heydər Əliyev olmuşdur. Ulu Öndərin seçdiyi inkişaf yolu başqalarından çox fərqli, uğurlu, faydalı nəticələr verən yol olub. Buna görə də onu dünyanın XX əsrdə formalaşmış siyasi və dövlət xadimlərinin heç biri müqayisə etmək olmaz.
Müasir, suveren Azərbaycanın milli ideologiyasının əsasını qoymuş Heydər Əliyev müstəqilliyimizin təmin olunması üçün yeni, milli ideologiyanın zəruriliyini ilk dəfə əsaslandıraraq tətbiq etdi. Xalqın birliyinin, monolitliyin, ictimai sabitliyin inkişafın əsas şərtlərindən biri olduğunu siyasi xadim, dövlət qurucusu və idarəedici kimi düzgün dərk edən Heydər Əliyev həmişə bu birliyi yaratmaq, qorumaq işini ön plana çəkmişdi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə sistemli siyasi qüvvə - Yeni Azərbaycan Partiyasını yaratmaqla siyasi sistemi dəyişdi. Bugün Azərbaycan xalqının əvəzsiz oğlu, dünya xalqlarının dərin nüfuzunu və etibarını qazanmış Heydər Əliyevin bütün ideyalarını qoruyub saxlamaq, inkişaf etdirmək, dövlətimizin, onun özünün yaratdığı və rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının hər bir üzvünün, bütövlükdə xalqımızın müqəddəs borcudur. Azərbaycan xalqının əvəzsiz oğlu Heydər Əliyevin Azərbaycan xalqı və bütövlükdə Azərbaycan qarşısındakı böyük və danılmaz xidmətləri vardır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi xalqımızın tarixinə əbədi daxil olmuşdur. Heydər Əliyev Azərbaycan xalqı, bütün dünya xalqları üçün zəngin, təcrübədə dəfələrlə sınanmış elmi-nəzəri irs qoyub getmişdir. Bu yol hazırda Ulu Öndərin ictimai-siyasi varisi, dünyada öz zəkası, qətiyyəti ilə seçilən Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən uğurla davam etdirilir, növbəti illərdə də davam etdiriləcək.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45

