Psixoloq: "Maddə asıllığı olan şəxslərin ailələri ilə mübarizə metodları müzakirə olunmalıdır"
23.04.2024 [14:32]
Mübarizə üçün maarifləndirmə tədbirlərinin aparılmasına baxmayaraq insan üçün böyük bəla sayılan narkomaniya dünyanın bir çox ölkələrində geniş yayılıb.
Bu gün ölkəmizdə həyata keçirilən narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumidövlət səviyyəsinə qaldırmış və hazırda bu strateji kurs müvəffəqiyyətlə davam etdirilir. Heç kəsə sirr deyil ki, narkomaniya təkcə bu günün problemi deyil, uzun illərdir ki, cəmiyyət bu vərdişlə mübarizə aparır. Bəs narkomaniyaya qurşanmağının əsas səbəbləri hansılardır?
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev "Yeni Azərbaycan" - a açıqlamasında narkoasılılığa səbəb olan bir çox faktorları qeyd edib.
"Narkotikə qurşanmağın əsas səbəbi şəxsin özündə tapa bilmədiyi hissi narkotikdə tapması prosesi kimi dəyərləndirə bilərik. Buna səbəb uşaqlıqda baş verən müəyyən proseslərdir ki, şəxsiyyətin formalaşmasına maniəçilik törətməsində rol oynayır. Narkotik qısa müddətlik çıxış yolu kimi görünsədə sonrakı həyatda ciddi şəkildə rol oynayır və insanı özünə məhkum edən bir vasitədir. Və görülən işlərə, atılan addımlara baxmayaraq həmin prosesin dayandırılması çətin olur".
Qeyd edək ki, aparılan araşdırmalar narkotikdən istifadəni genetik faktorla əlaqələndirirlər. Amma son tədqiqatlar bunun məhz uşaqlıqda baş verən psixoloji travmaların nəticəsində baş verdiyini bildirir.
R. Allahverdiyev bildirir ki, narkotikə qurşanan şəxsin düşüncələri emosional olduğuna görə məntiqi düşüncə ikinci planda qalır: "Tez böyümək istəyi, diqqət mərkəzində olmaq, başqalarının əhatəsində özünü böyük kimi göstərmək və s hisslərə sahib olan insanlar narkotikə qurşanmağa daha tez meyillidirlər. Burada əsas məsələ diqqətli olmağımızdır. Valideyn və övlad arasındakı əlaqə, empatiya belə məqamlarda çox önəmlidir. Narkotikə aparan əsas yollardan biri övlad və valideyn arasındakı müəyyən boşluqlardır. Burada ikinci bir məsələ narkotik istifadə edən şəxslərə yanaşma tərzidir".
Bəs narkomaniyadan əziyyət çəkən şəxsin müalicəsi zamanı diqqət yetirəcəyimiz məqamlar hansılardır? Narkomaniyanın müalicəsi zamanı şəxsin istifadə etdiyini maddənin növü, müddəti, onun insan psixologiyasına vurduğu zərəri nəzərə alınır. Bəzi maddələr var ki, şiddətli şəkildə ağrılar verir. Belə zamanda lazimi terapiyalar aparılır. Bu kimi proseslər maddədən uzaqlaşdırmağın müalicə metodlarından biridir.
Psixoloq son olaraq bildirir ki, maddə asıllığı olanda təkcə həmin şəxslə yox, ümumi aiə ilə söhbətlər təşkil olunmalı və onlarla mübarizə metodları müzakirə olunmalıdır: "Çünki belə olduğu halda həmin şəxs maddədən, ailə isə həmin şəxsdən asılı olur".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxElm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07

