Üzrü qəbahətindən betər...
26.04.2024 [09:38]
Üzr istəmək çox doğru olaraq yüksək mənəvi dəyər sayılır. İnsan üzr istəyirsə, demək, onun daxilində abır-həya və əməllərini kontrol edən “mən məsuliyyəti” var. Təəssüf ki, bu yüksək, ali keyfiyyət hər kəsdə yoxdur. Bundan məhrum qalan adamlar özləri və cəmiyyət qarşısında hansısa bir cavabdehlik daşımadan abırlarına kor deyib mənasız ömür sürürlər.
Belə görünür ki, üzr istəmək qabiliyyəti Azərbaycandakı redikül müxalifət düşərgəsində təmsil olunanlarda da yerli-dibli yoxdur. Ən azından özünü rediküllər yığnağının öndəgedəni adlandıran AXCP sədri Əli Kərimlinin və onun çiyindaşlarının müxtəlif məsələlərə yanaşmalarda dirəniş ortaya qoymaları, bu gün ifadə etdikləri fikirləri sabah vəziyyət dəyişəndə başqa cür yozmaları, özlərini, necə deyərlər, sudan quru çıxartmaq üçün yaxa cırmaları belə qənaətə gəlməyə əsas verir. Bir qədər bundan əvvəl “Yeni Azərbaycan” qəzetində Əli Kərimli və ətrafındakı bir neçə antimilli ünsürün Azərbaycan xalqından üzr istəməli olduğu barədə yazı dərc etmişdik . “Rediküllər üzr istəyəcəklərmi?” sərlövhəli yazımıza Əli Kərimlidən, Qənimət Zahiddən və digərlərindən reaksiya çox gecikmədi. AXCP sədri Qənimət Zahidlə internet üzərindən onlayn dilləşmədə siyasi etika nümayiş etdirmək və üzr istəmək əvəzinə, özünü “haqlı” çıxarmaq üçün növbəti cəfəng iddialar səsləndirib ki, bu da üzrü qəbahətindən betərdir.
Bəhs olunan məqalədə biz hansı məqamlara toxunmuşduq? Çox həssas məqamlara. Azərbaycan xalqının düz üç onillik ərzində ürəyinin başında gəzdirdiyi ümummilli ideyamızdan bəhs etmişdik. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, filankəs O. qızı, Qənimət Zahid və digər bu kimi antimilli ünsürlərin bir zamanlar “Azərbaycan heç vaxt öz torpaqlarını azad edə, işğal faktını aradan qaldıra bilməyəcək” iddiaları səsləndirdiklərini, bununla da cəmiyyətə, xalqımıza inamsızlıq hissi aşılamağa çalışdıqlarını xatırlatmışdıq. Bəli, keçmiş Dağlıq Qarabağ münaqişəsinə, 30 il davam edən işğal faktına yanaşmada rediküllərlə Azərbaycan xalqının və dövlətinin mövqeyi heç vaxt üst-üstə düşməyib. Cəmiyyətin torpaq təşnəsini, dövlətin ərazi bütövlüyünün təmin olunmasını hədəfləyən ardıcıl siyasətinə rəğmən, rediküllər ümummilli ideyamızı da manipulyasiya predmetinə çevirərək özlərisayağı tərzdə bulanıq suda balıq tutmaq istəyirdilər. Əli Kərimli və digərləri ötən əsrin doxsanıncı illərinin əvvəllərində torpaqlarımızın işğalına görə özlərinin məsuliyyət daşımadıqları görüntüsünü yaratmağa çalışırlar. Halbuki onların belə bir məsuliyyəti var. Məhz Əli Kərimlinin dövlət katibi vəzifəsini tutduğu iqtidar ölkənin müdafiəsi, ordu quruculuğu, haqq səsimizin beynəlxalq birliyə çatdırılması üçün lazım olan tədbirləri görmədi. Belə olan halda Əli Kərimli hansı arqumentlərlə özünü məsuliyyətdən kənarda hiss edə bilər? O isə günahlarını etiraf etmək, üzr istəmək əvəzinə, yuxarıda xatırlatdığımız səslənmələri ilə insanlara inamsızlıq, işğal faktı ilə barışmaq hissi aşılamağa çalışırdı.
Ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasının məsuliyyət yükünü məhz Azərbaycan hakimiyyəti öz üzərinə götürmüşdü. Ölkəmiz böyük hədəfə nail olmaqdan ötrü addım-addım irəlilədi və ərazi bütövlüyünü qarış-qarış təmin etdi. Xalq və dövlət birləşərək haqq, ədalət müharibəsi apararkən də başda Əli Kərimli olmaqla bütün rediküllər - altını cızaraq yazırıq - yenə də cəmiyyəti çaş-baş salmaqla, düşmən dəyirmanına su tökməklə məşğul oldular. Xatırlayaq: 44 günlük müharibənin elə ilk günlərindəcə 50 partiya ölkənin siyasi rəhbərliyi ilə həmrəylik bəyanatı imzaladı. Bu, ümumi işimiz üçün çox vacib siyasi qərar idi. Ancaq bu dəfə də Əli Kərimli başının dəstəsi ilə “həmrəylik bəyanatından” kənarda qaldı. Azərbaycanın ərazi bütövlüyü uğrunda qətiyyətli haqq mübarizəsinə qalxmasından pəjmürdə qalan bir rediküllər idi, bir də Qərbdəki Azərbaycanafob dairələr.
AXCP sədri Əli Kərimli Qənimət Zahidlə onlayn dilləşməsində sülhməramlı kontingentin ərazilərimizdən çıxmasına da tərs baxış ifadə edib. O, bu məsələdən bəhs edərkən dövlətin və iqtidarın ünvanına “özlərini elə aparırlar ki, guya, böyük bir iş görüblər” deyir. Bu, açıq-aşkar absurd, qərəzli və riyakar yanaşmadır. Azərbaycan hakimiyyəti ölkəni, xalqı geosiyasi ziddiyyətlər burulğanından qansız-qadasız, itkilərsiz çıxarmaq üçün fəal və doğru diplomatiya aparır, milli mənafeyimizi qoruyur və nəticə qazanır. Əli kərimlilər isə diplomatiyaya hələ də “uşaq oyunu” kimi yanaşır. Görəsən, rediküllərin utanmaq, məsuliyyət hiss etmək və nəhayət üzr istəmək hissləri nə vaxt oynacaq? Ümumiyyətlə, bu, baş verəcəkmi?
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05

