Əli Kərimlinin yeni spekulyasiyası
21.05.2024 [10:10]
AXCP bu dəfə parlament seçkilərini “hədəfə alır”...
Son dövrlərdə Cənubi Qafqazda baş verən siyasi kataklizmlərin miqyası genişlənməkdədir. Həm Gürcüstanda, həm də Ermənistanda müxalifətin “etiraz aksiyaları”nın kökündə yatan səbəblər ortaya maraqlı mənzərə çıxarır - bir çox siyasi analitiklərin də vurğuladığı kimi hər iki ölkədəki sabitliyi pozmağa çalışan müxalif qüvvələrin xarici güclərlə əlaqəsi, stimullaşması, fərqli dövlətlərin maraqlarına xidmət etməsi ilk baxışdan diqqəti cəlb edir. Bu, həmin ölkələrdəki siyasi müxalifətin milli maraqlardan kənar çıxış etməsini şərtləndirib. Beləliklə, ortada olan məqamlar bu ölkələrdəki siyasi qarşıdurmaların əsasında heç də səmimi mübarizənin deyil, müxtəlif təsirlərin dayandığını irəli sürməyə əsas verir.
Azərbaycanda isə tam fərqli bir siyasi mənzərə formalaşıb - 2020-ci ildən etibarən ölkədə formalaşan yeni siyasi konfiqurasiya iqtidar - müxalifət münasibətlərində yeni zəmin yaradıb. Xüsusilə, siyasi dialoqun güclənməsi bu münasibətləri daha da irəliyə aparır. Artıq ölkədə siyasi qüvvələr bir masa arxasında öz problemlərinin müzakirəsinə yığışır, qanunvericiliklə bağlı müzakirələr formalaşdırır və orada öz fikirlərini ifadə edir. Bu isə nəticə etibarı ilə siyasi müxalifətin də dövlətin inkişfı prosesinə töhfə vermək arzusunu, sivil metodlarla mübarizə aparmaq istəyini özündə ehtiva edir.
Maraqlıdır ki, bu kimi sivil münasibətləri, müzakirələri “qəbul etməyən” bəzi redikül azlıq nümayəndələri özlərini prosesdən kənar saxlayırlar. AXCP və “milli şura” adlanan amorf birlik ölkədəki sabit siyasi mühitə xələl vurmaq üçün bütün yollara baş vururlar. İlk növbədə qeyd olunmalıdır ki, onların əsl məqsədi xarici antimilli fondlar, güclər və ən əsası ermni lobbisi tərəfindən verilən maliyyəni əldə etməkdir - bunun üçün isə həm AXCP, həm də qondarma “şura” bütün addımlarında dövlət maraqlarının əleyhinə, milli mənafenin ziddinə çıxışlar edirlər. Təsadüfi deyil ki, son dövrlərdə müzakirə predmeti olan parlament seçkiləri ilə bağlı məsələ AXCP üçün yeni spekulyasiya vasitəsinə çevrilib - belə ki, parlament seçkisinin vaxtının dəyişdirilməsi məsələsi aktuallıq daşıyır ki, burada da obyektiv səbəblər mövcuddur. Parlament seçkiləri bu ilin noyabrında reallaşmalıdır ki, həmin dövr ölkəmizdə keçiriləcək beynəlxalq sammitlə - COP29 ilə üst-üstə düşür. Bir müddət öncə MSK sədri Məzahir Pənahov bildirmişdi ki, bu səbəbdən də parlament seçkilərinin qabağa çəkilmə ehtimalı var. Redikül azlıq öz gücsüzlüyünü ört-basdır etmək, bu dəfə də hansısa bir yolla seçkidən “yayınmaq üçün” hay-həşir salır. Halbuki, AXCP-nin əsl niyyəti hər kəsə məlumlur. Bu məsələ üzərindən “siyasi şou” yaratmağa çalışan AXCP isə yenə də hər zaman olduğu kimi “ürək bulandırmağa” çalışır. Ölkədəki sabit və milli maraqlara yönəlik, ən əsası sivil siyasi mənzərədən narahatlıq keçirən xarici qüvvələrin təsiri ilə sosial şəbəkələrdə özü kimi ucuz “postlar” paylaşan Əli Kərimli və dəstəsi seçki məsələsini siyasi spekülyasiya vasitəsinə çevirməyə çalışır - Ə.Kərimlinin “mitinq” iddiasının gülünclüyü və əsassız olması isə ən birinci onun özünə “aydındır”. Axı, AXCP və ya “milli şura” hansı sosial elektorata arxayındır? Digər tərəfdən, onların mitinq müraciətinə qanuna əsasən cavab verilib - bu mövzunu yenidən “gündəmə” gətirmək istəyən bu qüvvələrin əsl məqsədi nədir?
Təbi ki, məqsəd bəlli və illərdir davam edən ənənənin davamıdır. Ə.Kərimli xidmət etdiyi dairələrdən aldığı “qrantları” “haqq etmək” üçün bu kimi siyasi “priyomlara” əl atır. Bundan öncəki seçkilərdən yayınan AXCP və “milli şura” yenə də araqarışdırmaq, syisai qarışıqlıq yaratmaq niyyətindədir. Amma onun bu niyyəti elə arzu olaraq qalacaq - Azərbaycan xalqı və siyasi palitrası Ə.Kərimlinin və ətrafındakı azlığın xəyanətkar simasına yaxından bələddir. Vaxtilə Şuşa və Laçının işğalı üzərində özünün hakimiyyət oyunlarını quranlar bu gün Azərbaycanın əldə etdiyi Zəfərə, qələbəyə, siyasi sabitliyə və iqtisadi inkişafa kölgə salmağa çalışırlar. Amma onların bu niyyəti də digərləri kimi iflasa məhkumdur. Ə.Kərimli və başçılıq etdiyi dəstə anlamalıdır ki, onlar antimilli “çağırışları” ilə yalnız özlərini aldada bilərlər...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

