“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub
19.10.2024 [08:34]
İnnovasiya və sürət lideri “Bakcell” BMT-nin Qlobal Sazişinə (United Nations Global Compact) qoşulub. Bununla bağlı “Bakcell”in baş icraçı direktoru Klaus Müller və BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov arasında memorandum imzalanıb.
Klaus Müller bildirib ki, təşəbbüsə qoşulmaqla şirkət dayanıqlı inkişaf və sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir: “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyət strategiyamızın əsasını təşkil edir. Qlobal Sazişin 10 prinsipini tətbiq etməklə ekoloji, sosial və korporativ idarəetmə sahələrində fəaliyyətimizi daha da təkmilləşdirəcəyik”.
“BMT-nin Qlobal Sazişinə qoşulmaqla “Bakcell” dayanıqlı gələcəyə töhfə vermək öhdəliyini bir daha təsdiqləyir. Bu, hər kəs üçün daha yaxşı bir gələcək qurmaq məqsədilə ictimai bir vəddir – tərəfdaşlara, səhmdarlara, təchizatçılara, işçilərə, müştərilərə və gələcək nəsillərə verilmiş bir öhdəlik. “Bakcell” sözünə sadiq korporativ şirkət kimi tanınır. Texnologiya dayanıqlığın əsas təminatçılarından biridir və yenilikçi bir şirkət olaraq “Bakcell” fərdlər, icmalar və sənayelər üçün daha yaxşı, məsuliyyətli və qayğıkeş həyat tərzi yaratmaq məqsədilə texnologiyanı əlçatan etməyə mühüm töhfə verəcək”, - deyə Samir Məmmədov bildirib.
Qeyd edək ki, “Bakcell” işğaldan azad olunmuş bölgələr də daxil olmaqla, ölkə ərazisində keçirdiyi müxtəlif innovativ layihələrlə iqtisadiyyatın inkişafına, Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə çatmasına töhfə verir. “Bakcell”in ətraf mühitin qorunması istiqamətində atdığı addımlar enerji istehlakı və elektron tullantıların ətraf mühitə təsirinin azaldılmasını, həmçinin bərpaolunan enerji mənbələrindən daha geniş şəkildə istifadəni hədəfləyir. Belə ki, şirkət “eSIM” texnologiyasının tətbiqi ilə plastik tullantıları azaldır, həmçinin bərpaolunan enerji ilə işləyən stansiyalarla bağlı pilot layihə həyata keçirir. Bundan əlavə, şirkət həyata keçirdiyi “FLEXcellence” proqramı vasitəsilə hibrid iş rejimini təşviq edir. Bu isə öz növbəsində əməkdaşların enerji və vaxt itkisini azaldır, onların iş və şəxsi həyatları arasında balansı təmin etməsinə kömək edir.
BMT-nin Qlobal Sazişi dünyada dayanıqlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüsdür. Hazırda Qlobal Sazişin iştirakçıları sırasında 160-dan çox ölkədən 20 mindən çox təşkilat yer alır. Təşəbbüs üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərə və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43

