Həkimlik arzusu, riyazi zəka və beynəlxalq medallar - Azərbaycanlı məktəblinin uğuru
01.03.2026 [14:15]
2009-cu il təvəllüdlü Nazlı Həbibulla artıq beynəlxalq səviyyədə əldə etdiyi uğurlarla diqqət çəkir. 160 saylı Klassik Gimnaziyanın 10-cu sinif şagirdi olan Nazlı həm sinifkom, həm də əlaçıdır. O, əsasən riyaziyyat olimpiadalarında iştirak edir və müxtəlif illərdə qızıl, gümüş və bürünc medallar qazanıb. 2024-cü ildə University of Cambridgedə, 2025-ci ildə isə Columbia Universitydə keçirilən beynəlxalq olimpiadalarda gümüş medala layiq görülməsi onun əzmkarlığının bariz nümunəsidir. Gləcəkdə həkim olmağı qarşısına məqsəd qoyan Nazlı ilə uğur yolundan danışdıq.
– 2009-cu il təvəllüdlü olmağına baxmayaraq artıq beynəlxalq uğurlar qazanmısan. Bu yolda ilk motivasiyan nə olub?
– İlk motivasiyam özümü sınamaq istəyi olub. Kiçik yaşlarımdan çətin sualları həll etməyi sevirdim və hər dəfə bir məsələni düzgün cavablandıranda böyük zövq alırdım. Müəllimlərimin və ailəmin dəstəyi isə bu marağı daha böyük məqsədlərə çevirdi.
– 160 saylı Klassik Gimnaziyada oxumaq sənə necə təsir edib? Məktəbin uğurlarında rolu varmı?
– Məktəbim mənim formalaşmağımda böyük rol oynayıb. Burada akademik mühit və sağlam rəqabət çox güclüdür. Müəllimlərimizin dəstəyi və yaradılan imkanlar uğurlarımın əsas dayaqlarındandır.
– Sinifkom kimi həm liderlik edir, həm də əlaçı olursan. Dərs və ictimai fəaliyyəti necə balanslaşdırırsan?
– Vaxt bölgüsünə xüsusi diqqət edirəm. Günümü planlı şəkildə qururam və prioritetlərimi düzgün müəyyənləşdirirəm. Sinifkom olmaq mənə məsuliyyət hissi qazandırıb, bu da dərslərimə daha ciddi yanaşmağıma kömək edir.
– Əsasən riyaziyyat olimpiadalarında iştirak edirsən. Riyaziyyata marağın nə vaxtdan yaranıb?
– Riyaziyyata marağım ibtidai siniflərdən başlayıb. Məntiqi düşünmək və məsələlərin həlli prosesi məni həmişə cəlb edib. Zaman keçdikcə bu maraq daha da dərinləşdi və olimpiadalara qatılmağa qərar verdim.
– 2024-cü ildə University of Cambridge-də keçirilən olimpiadada gümüş medal qazanmaq sənin üçün nə ifadə edir? O an hansı hissləri keçirdin?
– Bu uğur mənim üçün böyük qürur idi. Zəhmətimin bəhrəsini beynəlxalq səviyyədə görmək çox sevindirici idi. Həmin an həm sevinc, həm də gələcək üçün daha böyük məsuliyyət hiss etdim.
– 2025-ci ildə Columbia University-də keçirilən olimpiadada yenidən gümüş medal almaq sənə hansı təcrübələri qazandırdı?
– Bu yarış mənə daha böyük təcrübə qazandırdı. Fərqli ölkələrdən olan iştirakçılarla ünsiyyət qurmaq, müxtəlif düşüncə tərzlərini görmək mənim üçün çox faydalı oldu. Bu, öz üzərimdə daha da çox işləmək üçün əlavə stimul verdi.
– Xaricdə keçirilən olimpiadalarla Azərbaycandakı yarışlar arasında hansı fərqləri görmüsən?
– Xaricdə keçirilən yarışlarda analitik və yaradıcı düşüncəyə daha çox önəm verilir. Suallar fərqli yanaşma tələb edir və vaxt idarəetməsi daha kritik olur. Azərbaycandakı yarışlar isə güclü baza formalaşdırmaq baxımından çox önəmlidir.
– Uğura gedən yolda ən çətin məqamın nə olub və onu necə dəf etmisən?
– Bəzən istədiyim nəticəni əldə etmədiyim vaxtlar olub. Amma hər uğursuzluqdan dərs çıxarmağa çalışmışam. Səhvlərimi analiz edib daha sistemli hazırlaşmışam. Səbir və davamlılıq ən vacib amillərdir.
– Gələcəkdə həkim olmaq istəyirsən. Riyaziyyat uğurlarının bu sahədə sənə necə kömək edəcəyini düşünürsən?
– Riyaziyyat analitik və sistemli düşünməyi inkişaf etdirir. Həkimlikdə də düzgün diaqnoz qoymaq, detallara diqqət yetirmək və məntiqi qərar vermək çox vacibdir. Bu baxımdan riyaziyyat mənə güclü təməl qazandırır.
– Sənin kimi beynəlxalq uğur qazanmaq istəyən şagirdlərə nə məsləhət verərdin?
– Ən önəmlisi özünə inanmaq və davamlı çalışmaqdır. Uğur birdən-birə gəlmir. Qarşıya məqsəd qoymaq, planlı işləmək və heç vaxt ruhdan düşməmək lazımdır. Hər çətinlik yeni bir təcrübədir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

