Kosmosa uzanan yol Şəhla Əhmədzadənin aerokosmik hədəfləri – MÜSAHİBƏ
26.05.2026 [13:37]
Kosmos və aerokosmik mühəndislik sahəsinə maraq göstərən gənclərin sayı günü-gündən artır. Bu sahədə uğurları, beynəlxalq layihələrdə iştirakı və təşəbbüsləri ilə seçilən gənclərdən biri də Şəhla Əhmədzadədir. O, müxtəlif beynəlxalq yarışların qalibi, kosmos mövzusunda kitab müəllifi və sosial layihələrin təşəbbüskarıdır. Bu müsahibədə Şəhla ilə onun kosmosa olan marağı, əldə etdiyi nailiyyətlər və gələcək planları haqqında söhbət etdik.
– Özünüzü qısaca təqdim edin. Aerokosmik mühəndisliyə marağınız necə yaranıb?
– Mən Şəhla Əhmədzadəyəm və aerokosmik mühəndisliklə maraqlanıram. S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasının şagirdiyəm. Kosmosa marağım uşaqlıqdan, ilk dəfə Şamaxı Astrofizika Rəsədxanasına baş çəkdikdən sonra başlayıb.
– “Indigenous Orbits” kitabını yazmağa sizi nə ilhamlandırdı və kitab əsasən nədən bəhs edir?
– Bu kitabı yazmaqda məqsədim müxtəlif ölkələrin ilk peykləri və kosmik inkişaf hekayələrini araşdırmaq idi. Kitab əsasən ölkələrin kosmik proqramlarının tarixindən və onların kosmos sahəsində keçdiyi inkişaf yolundan bəhs edir.
– Mərkəzi Asiyanın ən böyük Space Technology Conference və National Space Hackathon tədbirlərində organizer olmaq sizə hansı təcrübələri qazandırdı?
– Bu tədbirlər mənə liderlik, komanda idarəetməsi və böyük layihələrin təşkilini öyrətdi. Həmçinin beynəlxalq insanlarla, məsələn Tuva Cihangir Ataseverlə işləmək təcrübəsi qazandım.
– Azercosmosun mentorship proqramında NASA mühəndisi ilə işləmək sizə nə öyrətdi?
– Bu proqram çərçivəsində Ms. Ramatha Sorensen mənə real kosmik layihələrin necə idarə olunduğunu və mühəndislikdə problem həll etmə bacarıqlarını öyrətdi.
– Vistar Start-up Hackathon-da birinci yer qazanan layihəniz haqqında məlumat verə bilərsinizmi?
– “Pipeye” adlı layihəmiz neft və qaz boru xətlərində sızmaları AI və sensor texnologiyası vasitəsilə daha sürətli aşkar etməyə yönəlmişdi. Məqsədimiz ekoloji və iqtisadi zərərlərin qarşısını almaq idi.
– İngilis və alman dillərini yüksək səviyyədə bilməyiniz beynəlxalq layihələrdə sizə necə kömək edir?
– Bu dillər mənə beynəlxalq tədbirlərdə rahat ünsiyyət qurmağa, xarici resurslardan istifadə etməyə və müxtəlif ölkələrdən insanlarla işləməyə kömək edir.
– Fibonacci, GMEC və USA English, IOAA kimi yarışlarda qazandığınız uğurlar sizin üçün nə ifadə edir?
Bu uğurlar mənim üçün zəhmətin nəticəsini görmək və özümü daha da inkişaf etdirmək üçün motivasiyadır.
– International Olimpiad of Artificial Intelligence-da Azərbaycanı beynəlxalq mərhələdə təmsil edəcək komandada olmaq üçün necə hazırlaşırdınız və bu sahədə sizi ən çox maraqlandıran mövzu hansıdır?
- Hazırlıq müddətində əsas diqqətimi Python proqramlaşdırması, maşın öyrənməsi əsaslarına yönəltmişdim. Müxtəlif AI layihələri və hackathonlarda iştirak edərək praktiki təcrübə qazandım. Bu sahədə məni ən çox maraqlandıran mövzu isə AI-nin kosmik texnologiyaların istifadəsidir. Avqust ayında Qazaxıstanda keçiriləcək beynəlxalq mərhələdə Azərbaycanı təmsil edəcək olmaq mənim üçün böyük qürur və məsuliyyətdir.
- Astronomiya və Astrofizika üzrə finalist olmaq üçün necə hazırlaşırdınız və bu sahədə sizi ən çox maraqlandıran mövzu hansıdır?
– Mən əsasən məni maraqlandıran kitabları, məsələn S.Q. Zeynalov və N.Ə. Hüseynovun “Qalaktika, Metaqalaktika, Metakainat” kitabını oxuyaraq hazırlaşırdım. Ən çox maraqlandığım mövzu isə ekzoplanetlər və kosmosun yaranışıdır.
– Knowledge4All layihəsini yaratmaq ideyası necə yarandı və bu təşəbbüslə hansı məqsədləri həyata keçirmək istəyirsiniz?
– Bu layihəni kənd və aztəminatlı uşaqların təhsilə çıxışını artırmaq üçün yaratdıq. “Youthtopia – Expand Your Impact” yarışmasını qazandıqdan sonra BIS şagirdləri ilə birlikdə təşəbbüsə başladıq. Məqsədimiz onlara resurs və təhsil imkanları təqdim etməkdir. Hazırda 150-dən çox şagird üçün workshoplar təşkil etmişik.
– Gələcək planlarınız nələrdir? Özünüzü 10 il sonra harada görürsünüz?
– Gələcəkdə aerokosmik mühəndis kimi çalışmaq və JUICE missiyası kimi interplanetary spacecraft layihələrinin hazırlanmasında iştirak etmək istəyirəm.
Xəbər lenti
Hamısına baxAnalitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33

