Avropanın miqrantlardan xilas yolu - yeni qaydalar və mexanizmlər
05.06.2026 [10:16]
Son illər Qərb ölkələri miqrasiya siyasətini xeyli sərtləşdirib. Məsələn, ABŞ hökuməti Donald Trampın 2025-ci il yanvarın 20-də prezident vəzifəsinə başlamasından bəri 900 mindən çox qanunsuz miqrantı ölkədən çıxarıb. Bu barədə ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin komissarı vəzifəsini icra edən Devid Venturella “Breitbart News”a müsahibəsində bildirib. Onun sözlərinə görə, Daxili Təhlükəsizlik Departamenti qanunsuz miqrantların deportasiyasını sürətləndirmək üçün bütün mümkün mexanizmlərdən istifadə edir.
Tramp isə daha əvvəl ABŞ-a milyonlarla şəxsin qanunsuz daxil olduğunu iddia edib. O, seçki kampaniyası dövründə və prezidentliyinin ilk aylarında daha sərt immiqrasiya siyasətinin tərəfdarı olduğunu vurğulayaraq, ABŞ tarixində qanunsuz immiqrantlara qarşı ən genişmiqyaslı deportasiya əməliyyatını həyata keçirəcəyinə söz vermişdi.
Polşadan Almaniyaya gedən ukraynalı qaçqınların sayı artır
Avropa İttifaqı da miqrasiya siyasətini sərtləşdirməkdə davam edir. Təxminən 10-15 il öncə qitəyə Yaxın Şərq və Afrika ölkələrindən xeyli sayda miqrant daxil olub. Bütün bunlar sözügedən regionlarda baş verən münaqişələr, o cümlədən “ərəb baharı” ilə bağlıdır. Çünki həmin hadisələrdən sonra bir sıra bölgələrdə qeyri-sabitlik, xaos davam edir. Ona görə də, əhali Avropa ölkələrinə miqrasiya etməyə üstünlük verib.
Digər tərəfdən, 2022-ci ilin fevralında başlamış Rusiya - Ukrayna müharibəsi də bir neçə milyon ukraynalının Avropa ölkələrinə miqrasiya etməsinə səbəb oldu. Artıq bir sıra Avropa ölkələri ukraynalı qaçqınların yaratdıqları sosial problemləri etiraf edərək onlara verilən müavinətləri azaldıblar. Bir neçə gün öncə Almaniya hakimiyyəti də qonşu Polşanın müavinətlərini əhəmiyyətli dərəcədə azaltdıqdan sonra ölkəyə Ukrayna qaçqınlarının axınının artmasından narahatlığını ifadə edib. Bu barədə “Bild” qəzeti Almaniya təhlükəsizlik orqanlarının məxfi hesabatına istinadla məlumat yayıb. Məlumata görə, artıq daha çox ukraynalı Almaniyaya köçə bilər. Bu, digər amillərlə yanaşı, qanunsuz miqrantları daşıyan qaçaqmalçıların artan fəaliyyəti ilə də bağlıdır. Hesabatda deyilir ki, Almaniyanın şərqində ukraynalılar artıq sərhəddən qaçaqmalçılıq yolu ilə keçirilən insanların əhəmiyyətli bir qrupunu təşkil edir. Alman təhlükəsizlik orqanlarının məlumatına görə, bunlar əsasən hərbi yaşda olan kişilərlə bağlıdır. Nəşr bildirir ki, 2022-ci ilin fevral ayından bəri təxminən 1,35 milyon ukraynalı Almaniyada qorunma alıb.
Aİ üçüncü ölkələrdə deportasiya mərkəzləri yaradacaq
Qeyd edək ki, son illər Avropa İttifaqına (Aİ) qeyri-qanuni miqrasiya axınında və sığınacaq müraciətlərinin sayında azalma müşahidə olunur. Statistikaya əsasən, 2025-ci ildə Aİ-də ölkəni tərk etməli olan miqrantların təxminən 28 faizi faktiki olaraq geri qaytarılıb. Avropa İttifaqı deportasiyaların sayını artırmaq məqsədilə üçüncü ölkələrdə deportasiya mərkəzlərinin yaradılması və sığınacaq qaydalarının sərtləşdirilməsi barədə razılığa gəlib. Razılaşma Avropa Parlamenti və üzv dövlətlərin hökumətlərinin nümayəndələri arasında aparılan müzakirələr nəticəsində əldə olunub. Qaydalar əsasən sığınacaq müraciəti rədd edilən və Aİ ərazisini könüllü tərk etməyən şəxslərin gələcəkdə İttifaq məkanından kənarda yerləşən xüsusi mərkəzlərə göndərilməsini nəzərdə tutur. Həmin mərkəzlərdə onların mənşə ölkələrinə deportasiyası təşkil olunacaq. Razılaşmaya görə, müşayiətsiz azyaşlılar bu tədbirdən kənarda saxlanılacaq. Lakin uşaqlı ailələr üçün istisna olmayacaq. Deportasiya mərkəzlərinə ev sahibliyi edən tərəfdaş ölkələrə maliyyə dəstəyi və ya viza sahəsində güzəştlər təqdim edilə bilər.
Yeni qaydalar deportasiya qərarlarının icrasından yayınan şəxslərə qarşı sanksiyaların da sərtləşdirilməsini nəzərdə tutur. Belə hallarda sosial ödənişlərin dayandırılması, səyahət sənədlərinin müsadirəsi və deportasiya məqsədilə saxlanılma tədbirləri tətbiq oluna bilər. Saxlanma müddəti adi hallarda 24 aya, xüsusi hallarda isə 30 aya qədər uzadıla bilər. Məlumata görə, Almaniya da daxil olmaqla bir sıra Aİ ölkədə artıq potensial tərəfdaş dövlətlərlə danışıqlara başlayıb. Deportasiya mərkəzlərinin hansı ölkələrdə yaradılacağı hələlik açıqlanmayıb. Yeni qaydaların qüvvəyə minməsi üçün sənədin Avropa Parlamenti və Aİ Şurası tərəfindən təsdiqlənməsi tələb olunur. Bu prosedur isə adətən formal xarakter daşıyır.
Məsələ ilə bağlı qurumun mətbuat üçün yaydığı açıqlamada Kipr Respublikasının miqrasiya üzrə nazir müavini Nikolas A. İoannidisə istinadən vurğulanıb ki, yeni reqlament mühacirlərin geri qaytarılması prosesini sürətləndirəcək, habelə Aİ-də qanuni qalma hüququ olmayan, geri qaytarılan şəxslərin sayı artacaq: “Bu prosesin qısa müddətdə tamamlanması bütöv miqrasiya sistemi çərçivəsində miqrantların effektiv geri qaytarılması haqqında Aİ qaydalar toplusunun yaradılmasına sadiqliyi əks etdirir”. Deportasiya mərkəzlərinin yaradılmasını, miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini bir sıra İttifaq ölkəsi, o cümlədən Almaniya, Avstriya, Danimarka da dəstəkləyib. Məlumata görə, Aİ-nin bu istiqamətdə gələcək tərəfdaşları bir sıra MDB ölkələri, o cümlədən Ruanda və Uqanda ola bilər.
Məlumata görə, üçüncü ölkələrdəki deportasiya mərkəzləri ilə bağlı danışıqlar son mərhələdədir. Fransa və Almaniya, həmçinin Avropa Parlamentinin nümayəndələri onların tez bir zamanda fəaliyyətə başlamasını tələb ediblər. Ancaq Aİ-nin başqa ölkələri öz qanunlarını yeni normalara uyğunlaşdırmaq üçün bir illik möhlət verilməsinə nail olublar. Yeni qaydalara əsasən, Aİ ərazisini tərk etməkdən imtina edən miqrantlar həbs ediləcək. Bildirilib ki, qanunsuz miqrasiyaya qarşı mübarizə üçün yeni mümkün tədbirlər arasında müavinət ödənişlərinin azaldılması, yaxud tamamilə dayandırılması da var.
Qeyri-hökumət təşkilatları yeni reqlamentə etiraz edir
Nəzərə alaq ki, 2026-cı ilin martında Avropa İttifaqının miqrasiya siyasətini əhəmiyyətli dərəcədə sərtləşdirən təşəbbüsü Avropa Parlamentinin vətəndaş azadlıqları, ədalət və daxili işlər komitəsi təsdiqləyib. Mayın sonunda isə üçüncü ölkələrdə deportasiya mərkəzlərinin yaradılmasını Avropa Parlamenti və Aİ ölkələrinin nümayəndələri razılaşdırıblar.
Qeyri-hökumət təşkilatları isə yeni reqlamentə etiraz edir. Onlar insan hüquqlarının sistematik pozulacağından ehtiyat edirlər. Çünki belə tədbirlər miqrantları heç bir əlaqəsi olmadıqları ölkələrə göndərməyə imkan verir. Son illər Avropa İttifaqının orqanlarında miqrasiya ilə bağlı fikir ayrılıqları mövcud idi. Xüsusi ilə Afrikanın şimalı, Yaxın Şərqdə, Əfqanıstanda və başqa münaqişəli bölgələrdə baş verən hadisələr nəticəsində meydana çıxan miqrant çoxluğu Aİ üçün müəyyən mənada gözlənilməz olub. Məsələn, Suriya və İraqda baş vermiş hadisələr fonunda Türkiyə üç milyondan çox suriyalı, iraqlı miqranta sığınacaq verməklə İttifaqı mühacirə böhranın nəticəsində yaranacaq mümkün humanitar böhrandan xilas etmişdi. Yəni, Türkiyə həmin dövrdə Avropa İttifaqı üçün miqrantların axının qarşısının alınmasında mühüm rol oynamışdı.
Həmin hadisələrdən sonra Aİ miqrasiya siyasətində dəyişikliklər etməyə başladı. Miqrantları araşdırmağı, onları tədqiq etməyi sərtləşdirdi. Bir sıra terror qruplarının Avropa İttifaqı ölkələrində sığınacaq alması, yaxud qeyri-hökumət təşkilatları adı altında gizlənməsi faktları da aşkarlanıb. Bu baxımdan onun miqrasiya siyasəti xarici sərhədlərin nəzarəti, qanuni əmək miqrasiyasının tənzimlənməsi və sığınacaq istəyənlərin bölüşdürülməsinə yönəlmiş ümumavropa normalar və ikisəviyyəli tədbirlər kompleksi formalaşdırılıb. Hədəf ilk növbədə Şengen zonasında təhlükəsizliyin təmin edilməsidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

