“Heydər Əliyev irsi və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib
04.06.2026 [19:07]
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı iyunun 4-də 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev irsi və müasir Azərbaycan” mövzusunda tədbir keçirib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, müasir tariximizə Heydər Əliyevin möhtəşəm qayıdışı kimi daxil olan dövr Azərbaycanın iqtisadi inkişafı, insanların rifahının yüksəlməsi, ölkənin simasının müasirləşməsi, beynəlxalq nüfuzunun artması və ordumuzun qüdrətlənməsi ilə xarakterizə olunur. O qeyd edib ki, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixində yeni mərhələ başlanıb, ölkəni bürümüş siyasi böhran, xaos və anarxiya aradan qaldırılıb, vətəndaş qarşıdurmasının və separatizm meyillərinin qarşısı alınıb.
İlqar İlyasov vurğulayıb ki, həmin dövrdə Ermənistanın təcavüzünün daha da genişlənməsinin qarşısı alınmış, cəbhədə atəşkəsə nail olunmuş, dövlət müstəqilliyinin qorunması təmin edilmişdir. O, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ni Heydər Əliyevin uzaqgörən siyasətinin ən parlaq nümunələrindən biri kimi qiymətləndirərək, bu layihənin Azərbaycanın iqtisadi və geosiyasi mövqelərinin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.
İlqar İlyasov bildirib ki, Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf edən Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlər qazanır. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza ataraq torpaqlarımızın işğaldan azad olunmasına, ölkəmizin ərazi bütövlüyünün və milli ləyaqətinin bərpasına nail olub.
Natiq həmçinin qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində vətəndaşların doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıdışı təmin edilir, regionların dayanıqlı inkişafı üçün möhkəm sosial-iqtisadi təməl yaradılır.
Bakı Mühəndislik Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edib, ölkəmizin müstəqilliyini möhkəmləndirib və hüquqi, demokratik dövlət quruculuğunun əsaslarını yaradıb. O vurğulayıb ki, Heydər Əliyevin ən mühüm xidmətlərindən biri siyasi varisliyin təmin olunmasıdır və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın qüdrətini və beynəlxalq nüfuzunu daha da artırır.
Şəhid Elgin Abbaslının atası Ağayar Abbasov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədaləti bərpa etdiyi, Ermənistanın işğalçılıq siyasətinə son qoyduğu və Qarabağla Şərqi Zəngəzurun azad edildiyi şanlı Zəfər kimi tarixə yazılıb. O qeyd edib ki, bu qələbənin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti dayanır.
YAP veteranı, rayon ziyalısı Varaşil Məmmədov çıxışında bildirib ki, Azərbaycanın müasir tarixini Heydər Əliyev şəxsiyyətindən ayrı təsəvvür etmək mümkün deyil. O, Ümummilli Lideri müstəqil Azərbaycan dövlətinin memarı və ölkəmizin uzunmüddətli inkişaf strategiyasının müəllifi kimi xarakterizə edib.
Şəhid, Milli Qəhrəman Qorxmaz Eyvazovun oğlu Asəm Eyvazov çıxışında qeyd edib ki, Heydər Əliyevin həyat yolu təkcə bir liderin taleyi deyil, bütöv bir xalqın dirçəliş və dövlət quruculuğu tarixidir. O bildirib ki, Ümummilli Liderin bütün fəaliyyəti Azərbaycan xalqına sonsuz sevgi və sədaqət üzərində qurulmuşdur.
Çıxış edən YAP Laçın rayon təşkilatının 46 saylı ərazi partiya təşkilatının sədri, rayon ziyalısı Aygün Kərimova bildirdi ki, müasir Azərbaycanın qurucu Ümummilli Lider Heydər Əliyevin ibrət dolu həyat hekayəsinin hər anı öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.
Tədbirdə YAP Laçın rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs fəxri fərmanlarla təltif olunub, partiya sıralarına yeni qəbul edilən üzvlərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35

