/ / Laçın rayonunun işğaldan azad edilməsi İlham Əliyevin siyasi və diplomatik zəkasının təntənəsidir
Laçın rayonunun işğaldan azad edilməsi İlham Əliyevin siyasi və diplomatik zəkasının təntənəsidir
29.11.2021 [13:26]
Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri
Azərbaycanımızın, tarixi, əbədi və əzəli torpağımız olan Qarabağımızın dilbər guşələrindən biri də Laçın rayonudur. Təəssüflə və böyük kədər hissə ilə bildiririk ki, Laçın rayonu da erməni işğalçılarının məkrli niyyətlərinin və planlarının qurbanı olmuş tarixi ərazilərimizdən biridir. Belə ki, 1992-ci ilin 18 may tarixində Laçın rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş və buradakı etnik azərbaycanlılar məcburi şəkildə, müxtəlif işgəncələrə məruz qalaraq qovulmuşdur. Rayonun işğalı zamanı yüzlərlə soydaşımız amansızlıqla qətlə yetirilmiş, əsir götürülmüş, qeyri-insani üsullarla işgəncələrə məruz qalmışdır. 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Laçın rayonunun işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış, öz ata-baba yurdlarını itirmiş həmvətənlərimizdən 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.
Laçın rayonu Şuşadan sonra erməni işğalına məruz qalmış ikinci rayonumuzdur. Ermənilərin rayona Laçın dəhlizi vasitəsilə daxil olması və rayonun işğal altına düşməsi faktiki olaraq Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Bundan sonra Azərbaycan tarixi üçün son dərəcə ağır, məşəqqətli və kədərli faciələr yaşanmışdır. Yenicə müstəqillik qazanmış Azərbaycanın düşdüyü çox ağır vəziyyətdən istifadə etməyə başlayan faşist Ermənistan və onun məkrli əməllərinə ortaq olan havadarları digər tarixi torpaqlarımızı işğal etməyə başlamışdır.
İşğal altında olan digər şəhər və kəndlərimiz kimi Laçın rayonu da erməni vandalizminə məruz qalaraq vəhşicəsinə dağıdılmış, talan edilmiş, bütün tarixi, dini, mədəni abidələrimiz, yaşayış məntəqələrimiz yerla yeksan edilmişdir. Statistikaya nəzər salsaq bu rəqəmlərin nə qədər böyük və ürəkağrıdıcı olduğunun bir daha şahidi olarıq. Belə ki, Laçın rayonunda işğal zamanı və işğaldan sonra 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə məhv edilmişdir. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilmişdir. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdur.
Tarixi abidələrimizlə yanaşı qeyri-insani, qeyri-bəşəri üsullarla hərəkət edən, törətdikləri vəhşiliklərin hüdudu olmayan ermənilər qəbiristanlıqları dağıdaraq, ölmüş insanların cəsədlərinə işgəncələr verməkdən çəkinməmişdir. Bütün video, foto çəkilişlər, tarixi sənədlər erməni vandalizminin əsl mahiyyətini sübut edir. Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi, həmin ərazilərdəki misli görünməmiş qəddarlıqları təkcə Azərbaycana qarşı deyil, əslində bütün dünya ölkələri və bəşəriyyət üçün təhdiddir. Çünki Ermənistanın qonşu ölkəsinə, eləcə də digər bir neçə ölkəyə qarşı əsassız ərazi iddiaları ilə çıxış etməsi və dənizdən-dənizə “Böyük Ermənistan” xülyaları gələcəkdə daha böyük və məkrli cinayətlərə səbəb ola bilər. Ermənistanın və havadarlarının bu oyunlarının qarşısı dünya dövlətləri tərəfindən tez bir zamanda qətiyyətlə alınmalı, beynəlxalq öhdəliklərini və məsuliyyətini yerinə yetirməyə məcbur edilməli, bu cinayətləri cəzasız qalmamalıdır. Dünyada və regionda sülhə, təhlükəsizliyə təhdid olan erməni faktoru tamamilə aradan qaldırılmalıdır.
Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsinə çevrilmiş 2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı tarixi zəfərə imza ataraq beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu silah işlədilmədən, bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. Bütün bu qalibiyyətlər, Azərbaycanın tarixi torpaqlarının, o cümlədən Laçın rayonunun azadlığı Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun rəşadətinin, peşəkarlığının, dövlət-xalq-iqtidar-ordu həmrəyliyinin nəticəsi idi.
Laçın rayonunun işğaldan azad edilməsində əsgər və zabitlərimizin şücaətini, qəhrəmanlığını hər zaman yüksək dəyərləndirən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik nümayiş etdirmiş 8395 hərbi qulluqçumuz 2020-ci il noyabrın 26-da təsis edilmiş “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
İşğaldan azad edilmiş tarixi ərazilərimizə davamlı səfərlər edən və oradakı real mənzərəni bütün dünyaya göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin 14 fevral və 16 avqust tarixlərində Laçın rayonunda səfərdə olmuş, fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırmışdır. İşğaldan azad edilmiş digər şəhər və kəndlərimiz kimi Laçın rayonu da yenidən qurulur, dirçəldilir və çox keçməyəcək ki, torpaqlarımız əvvəlki görkminə geri dönəcək, əsl gülüstana çevriləcək. Yeni infrastruktur obyektlərinin, yolların, körpülərin, tunellərin, eyni zamanda azad edilmiş torpaqlarda ümumilikdə tikiləcək üç beynəlxalq hava limanından biri olacaq Laçın beynəlxalq hava limanının inşasına artıq start verilib.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan, ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşən Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Ümumi sahəsi 1835 kvadrat kilometri olan rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Laçın rayonu zəngin faydalı qazıntılarla zəngindir.
Xəbər lenti
Hamısına baxElm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47

