Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistan Türkiyə ilə danışıqlar üçün xüsusi nümayəndə təyin edəcək

Ermənistan Türkiyə ilə danışıqlar üçün xüsusi nümayəndə təyin edəcək

14.12.2021 [12:17]

Ermənistan hökuməti özünün proqramında təsbit olunmuş "ilkin şərt olmadan" Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə hazırdır. yeniazerbaycan.com Ermənistanın "Aysor.am" saytına istinadən yaydığı xəbərə görə, bu fikirləri Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan bildirib.

Onun sözlərinə görə, bu baxımdan ölkəsi Türkiyə xarici işlər nazirinin münasibətlərin normallaşması üçün xüsusi nümayəndənin təyin edilməsi ilə bağlı bəyanatını müsbət qiymətləndirir: “Biz təsdiq edirik ki, Ermənistan tərəfi də dialoq üçün xüsusi nümayəndə təyin edəcək”.

Xatırladaq ki, ötən gün Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu parlamentdəki çıxışında bildirib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edəcək və ölkələr arasında çarter reysləri açılacaq. Bununla yanaşı, M.Çavuşoğlu bildirib ki, Türkiyə bu istiqamətdə bütün addımlarını Azərbaycanla razılaşdırılmış şəkildə atacaq

Paylaş:
Baxılıb: 959 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31