“Helikopter qəzası”nın sirri açılır
21.12.2021 [10:56]
Qəzaya səbəb nə olub?
Pilotlar küləyin axını istiqamətində olan zaman enmə əməliyyatını
hərəkətə keçirdikləri üçün qəza baş verib
İlhamə
Xəbər verdiyimiz kimi, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbçi həlak olmuş, 2 hərbçi yaralanmışdı.
Dünən Baş Prokurorluqda keçirilən brifinqdə DSX-nın hərbi helikopterinin qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə ilkin nəticələri açıqlanıb.
Brifinqdə baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi, baş ədliyyə müşaviri Nemət Əvəzov, Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, ədliyyə müşaviri Tural Aslanov, Mətbuat xidmətinin rəhbəri, kiçik ədliyyə müşaviri Günay Səlimzadə jurnalistlərin suallarını cavablandırıb.
Sənan Paşayev bildirib ki, təlim günü küləyin sürəti, hava məlumatları öyrənilib: “İstintaq sənədləri də göstərir ki, həmin gün ərazidə küləyin sürəti saniyədə 16-17 metr olub. Küləyin sürəti qadağanedici həcmdə olmayıb. Ona görə də helikopterin marşrut üzrə hərəkətində qanun pozuntusu olmayıb. Sadəcə, pilotlar küləyə qarşı eniş etməli idilər. Pilotlar eniş əməliyyatını istehsalçı zavodun təlimatlarına əsasən aparmayıb. Belə ki, pilotlar küləyin axını istiqamətində olan zaman enmə əməliyyatını icra etdikləri üçün qəza baş verib. Enmə əməliyyatı başqa istiqamətdə olsaydı, qəza baş verməyəcəkdi”.
Baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib ki, “Qara qutu” hüquqi yardım haqqında sorğu əsasında Baş Prokurorluğun və Çex Respublikasının Prokurorluğunun əməkdaşlarının iştirakı ilə müvafiq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən açılıb, uçuşa hazırlıq prosesindən qəza baş verən ana qədər olan bütün parametrlər üzrə məlumatlar, o cümlədən idarəetmə ilə əlaqədar qeydə alınmış səs yazıları Azərbaycan tərəfinə təqdim edilib.
Onun sözlərinə görə, helikopterin idarə edilməsi zamanı çoxsaylı parametrlər üzrə qeydə alınmış məlumatlar əsasında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, “ASG Helicopter Services” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən verilmiş rəy, eləcə də rəydə göstərilən halları təsdiq edən toplanmış sübutlarla istintaqın hazırkı mərhələsində müəyyən edilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub:
“Aparılmış ilkin məhkəmə-tibbi müayinəsinə əsasən qəza nəticəsində həlak olmuş şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olub. Qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxmış, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan ikisi aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər ikisi isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıblar”.
Baş Prokurorun müavini qeyd edib ki, hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

