Qalib Lider, Qalib Sərkərdə - İlham Əliyev!
24.12.2021 [11:07]
Azərbaycan sürətli, dinamik inkişaf dövrünü yaşayır. Heç şübhəsiz ki, bu inkişafın təməli də Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından, Azərbaycanı bir dövlət, bir xalq kimi Yer üzündən silinmək təhlükəsindən xilas etməsindən sonra qoyuldu.
Ümummilli Liderimizin 1993-cü ilin ağır, həyacanlı günlərində Azərbaycan xalqının təkidli tələbi nəticəsində ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın sabitlik, inkişaf və tərəqqi mərhələsinə qədəm basıldı. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2003-cü ilin oktyabrında hakimiyyətə gəlişi ilə Azərbaycan öz inkişafının ikinci mərhələsini, intibah dövrünü yaşamağa başladı.
Son 18 ilin hər günü, hər anı, hər saatı uğurlarla, nailiyyətlərlə, müvəffəqiyyətlərlə müşahidə olundu, yaddaşlarda qaldı. Uğurlar, nailiyyətlər, müvəffəqiyyətlər bir-birini əvəzlədi. Əsası “Əsrin müqaviləsi” ilə qoyulan enerji strategiyası uğurla davam etdirildi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri tam reallaşdırıldı, Azərbaycan dünyanın enerji təhlükəsizliyinin əsas oyunçularından, əsas aktorlarından birinə çevrildi. Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi transmilli layihələr həyata vəsiqə aldı, reallığa çevrildi, yeni, XXI əsrin müqaviləsi imzalandı, tarixə həkk olundu. 2004-cü ilin əvvəllərindən başlayaraq, ölkənin regionlarıın sosial-iqtisadi inkişafı ilə bağlı ardıcıl olacaq 4 Dövlət proqramı qəbul edildi, icraya yönəldildi və onun müsbət, uğurlu nəticələri də göz önündədir. Qısa zamanda Azərbaycan regionlarının siması büsbütün dəyişdi, gözəlləşdi, rayonlarla iri şəhərlər, paytaxt Bakı arasında önəmli fərqlər aradan qaldırıldı.
Yenidən rayonlara, bölgələrə geriyə dönüş, qayıdış başladı. Kənd təsərrüfatının, aqrar sektorun inkişafı istiqamətində mühüm addımlar atıldı. Azərbaycan insanının, Azərbaycan vətəndaşının maddi-rifah halı, sosial güzəranı gündən-günə yaxşılaşmağa başladı, yoxsulluq həddi, demək olar ki, minimuma endirildi. Eyni zamanda, ümummilli dərdimiz olan Qarabağ münaqişəsinin həlli istiqamətində, xüsusilə ordu quruculuğunda çox mühüm işlər görüldü. Azərbaycan Ordusu qısa zaman kəsiyində dünyanın 50 ən güclü orduya malik ölkəsi sırasında yer aldı. Məhz bunun nəticəsi idi ki, Azərbaycan Ordusu 2016-cı ilin dördgünlük Aprel döyüşlərində düşmənə, təcavüzkar və işğalçı Ermənistana sözün əsl mənasında dərs keçdi, “güclü erməni ordusu” mifini darmadağın etdi.
Bunun üstündən cəmi iki il keçəndən sonra, 2018-ci ilin yayında Azərbaycan Ordusu bu dəfə Naxçıvan istiqmətində düşmənə böyük, sarsıdıcı zərbə vurdu, tarixi Günnüt əməliyyatı ilə düşməni çox əhəmiyyətli, strateji mövqelərdən, yüksəkliklərdən geri çəkilməyə məcbur etdi. Aprel döyüşlərində dastan yazan Azərbaycan Ordusu Günnüt əməliyyatında bir daha düşmənə, işğalçı Ermənistana öz gücünü, qətiyyətini, əzmini nümayiş etdirdi. Bir daha göstərdi ki, Qarabağ məsələsində güzəşt mövqeyi olmayacaq, bir qarış torpaq belə düşmənə verilməyəcək.
İstər Aprel döyüşləri, istərsə də Günnüt əməliyyatı Azərbaycan xalqının Qələbəyə, Zəfərə olan inamını yüksəltdi, gücləndirdi, möhkəmləndirdi.
Azərbaycan xalqı bir daha öz Ordusu, öz dövləti, öz Lideri ətrafında daha sıx birləşdi. Azərbaycan dövlətinin gücü, inkişaf səviyyəsi 2020-ci ilin əvvəllərindən dünyanı cənginə alan koronavirus pandemiyasının yayılması ilə bir daha özünü göstərdi. Dünyanın ən nəhəng, ən güclü dövlətləri belə koronavirus pandemiyası qarşısında aciz qaldığı halda, Azərbaycan dövlət başçımız İlham Əliyevin rəhbərliyi və uzaqgörən, müdrik siyasəti ilə daha nümunə yaratdı. Koronavirus pandemiyasının zərərli təsirlərinə qarşı çox mühüm önləyici addımlar atıldı, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, 5 milyondan artıq insanı əhatə edən sosial paketlər icraya yönəldildi.
Bununla yanaşı, Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına, 30-dan çox dövlətə maddi yardımlar etdi. Bəli, “gizli düşmən”lə mübarizədə qətiyyətli addımları ilə seçilən və uğurlar qazanan Azərbaycan açıq düşmənlə, mənfur qonşularımızla, işğalçı və təcavüzkar Ermənistanla mübarizədə də həm siyasi, həm diplomatik cəhətdən böyük qələbələr əldə etdi.
Valday Diskussiya Klubunun Soçi Sammitində, Aşqabadda MDB dövlət başçılarının Zirvə görüşündə, Münxen Təhlükəsizlik Konfransında Ermənistana sarsıdıcı və ölümcül siyasi-diplomatik zərbələr vuruldu, Ermənistan seytnot vəziyyətinə salındı, onun faşist və terror dövləti mahiyyəti ifşa edildi. 2020-?? ilin iyulunda Ermənistan-Azərbaycan sərhəddinin Tovuz istiqamətində baş verənlər, Ermənistanın növbəti qanlı fitnəkarlığı və təxribatı da cavabsız qalmadı. Tovuz hadisələrində şəhidlər versək də, Ermənistana, düşmənə çox böyük sarsıdıcı zərbələr vuruldu. Düşmən bir daha qarşısında Azərbaycan dövlətinin, Azərbaycan xalqının, Azərbaycan Ordusunun, dövlət başçısının əzmini, dəmir iradəsini, qətiyyətini gördü. Siyasi-diplomatik zərbələrin dalınca Ermənistana savaş meydanında sarsıdıcı zərbələr endirildi. İyul hadisələri növbəti dəfə Azərbaycan xalqının, Azərbaycan dövlətinin Qələbəyə olan inamını artırdı və Qarabağa qovuşmağın an məsələsi olduğunu ortaya qoydu.
2020-ci ilin 27 sentyabr tarixində düşmən dövlətin növbəti qanlı təxribatı isə Azərbaycan xalqının, Azərbaycan dövlətinin səbr kasasını birdəfəlik daşırdı. Səhər saatlarından etibarən Ali Baş Komandanın “Vur, döyüş!” əmri ilə rəşadətli Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum, əks-həmlə əməliyyatına, İkinci Qarabağ Savaşına başladı. Ali Baş Komandanın rəhbəri olduğu rəşadətli Azərbaycan Ordusu cəmi 44 günə 30 illik qanlı Qarabağ münaqişəsinə son qoydu, Ermənistanı qarşısında diz çökdürdü, kapitulyasiya aktına imza atmağa, 10 noyabr bəyanatını imzalamağa, öz məğlubiyyətini öz dili ilə etiraf etməyə məcbur etdi. Düşmən üzərində tarixi Qələbə və Zəfər əldə edildi. Nə münaqişə, nə cəbhə-təmas xətti, nə də status məsələsi qaldı, hamısı cəhənnəmə göndərildi, gorbagor edildi.
Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı məğlub dövlət və məğlub xalqdan Qalib dövlət və Qalib xalq? çevrildi. Dağlı-aranlı Qarabağ və Vahid Azərbaycan olduq. Bütün dünya, düşməni açıq və gizli şəkildə dəstəkləyənlər, onu növbəti işğala təhrik edənlər belə bizim gücümüz, əzmimiz, Qələbəmiz qarşısında geri çəkildi, Zəfərimizi qəbul və etiraf etməyə məcbur oldu. Bizik artıq Qarabağın əsl sahibi, əsl yiyəsi. Qarabağ bizim idi, bizim də oldu! Artıq kimsə onu bizdən ala, ayıra, qopara bilməz. Bu, mümkün deyil və mümkün olmayacaq. İmkan vermədik, imkan vermərik, imkan verməyəcəyik!
Tarixi və müqəddəs Zəfərdən sonra Qarabağın yenidən bərpası, dirçəldilməsi, cənnət məkanına çevrilməsi işlərinə, Böyük qayıdışa start verildi. Qələbəmizdən cəmi günlər sonra Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş ərazilərimizə tarixi səfərləri başladı. Hər bir səfər də düşmən üzərində daha bir Qələbə və Zəfər oldu. Düşmənə hər mənada gözdağı verildi, tarixi açılışlar baş tutdu.
Hər daim bizim yanımızda olan, öz dəstəyini heç zaman əsirgəməyən qardaş və dost Türkiyənin və onun dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə çox mühüm addımlar atıldı, tarixi Şuşa Bəyannməsi imzalandı. Bununla bir daha dünyaya dostluq və qardaşlığımızın, birlik və bərabərliyimizin sarsılmazlığı mesajı verildi. Bir daha mesaj verildi ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlığı sarsılmazdır, dönməzdir, əbədidir, daimidir. Bəli, biz artıq Qalib dövlət, Qalib millətik. Və bir Qalib dövlət, Qalib millət olaraq bundan sonra da növbəti Qələbə və Zəfərlərə imza atacağıq. Bacardıq, bacarmışıq, bacarırıq və bacaracağıq!
Yeri gəlmişkən, dekabrın 24-də Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Bu əlamətdar gün münasibəti ilə Onu təbrik edir, Azərbaycan naminə fədakar fəaliyyətində dövlət başçımıza növbəti uğurlar, müvəffəqiyyətlər arzulayıram. Cənab Prezident tarixə həm Qurucu, İslahatçı Prezident kimi, həm də Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi düşdü. Bütün uğurlarımızla yanaşı, tarixi Qələbə və Zəfərimizə görə də Müzəffər Ali Baş Komandanımıza minnətdarıq.
Allah Sizi qorusun, cənab Prezident, xalqının Qalib Sərkərdəsi!
Allah Sizi qorusun ki, Siz də Azərbaycanı, dövlətimizi, xalqımızı qoruyun! Öz iradənizlə, öz əzminizlə, öz qətiyyətinizlə, öz cəsarətinizlə, öz dəmir iradənizlə! Bir daha Sizi təbrik edir, bir daha Sizə uğurlar və müvəffəqiyyətlər arzulayıram!
Eldar İBRAHİMOV
Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü,
professor
Xəbər lenti
Hamısına baxSiyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

