“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib
25.01.2022 [23:33]
Azercell-in dəstəyilə fəaliyyət göstərən xidmətə ötən il 5300-ə yaxın müraciət daxil olub
On bir ildən artıqdır ki, “Azercell Telekom” MMC-in, UNİCEF Azərbaycanın və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidməti yarandığı gündən müxtəlif problemlərlə üzləşmiş uşaqlara kömək edir. Qeyd edək ki, bu illər ərzində xidmətə 53000-dən çox müraciət daxil olub.
Bu müddət ərzində qurulan uğurlu əməkdaşlığın indiki səviyyəsini müzakirə etmək və gələcək konturlarını müəyyənləşdirmək məqsədilə “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova, şirkətin Media ilə əlaqələr üzrə direktoru Nigar Şıxlinskaya və digər nümayəndələri ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova və sədri Nabil Seyidov arasında görüş keçirilib. Görüşdə gələcək planlar müzakirə olunub, daha fərqli istiqamətlərdə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Sonda “Azercell Telekom” MMC “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətini dəstəkləməklə uşaqların hüquqlarının qorunmasında uzunmüddətli töhfəyə və əməkdaşlığa görə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin təqdim etdiyi hesabata əsasən mərkəzə 2021-ci il ərzində müxtəlif sahələri əhatə edən problemlərin həlli ilə bağlı 5300-ə yaxın zəng edilib. Bunlardan 1471-i təhsil, 1036-sı hüquqi, 822-si psixoloji, 606-sı səhiyyə, 501-i sosial və digər məsələlərlə bağlı zənglər olub.Müraciət edənlərə əsasən telefon vasitəsilə psixoloji yardım göstərilib, ehtiyac olduqda isə fərdi və qrup terapiyaları həyata keçirilib. Həmçinin ailələrdə psixoloji və fiziki zorakılıq halları ilə bağlı 414 müraciət daxil olub. Bu müraciətlərin hər biri ilə əlaqədar ailələrlə iş aparılıb, hüquqi məsləhətlər verilib.
İl ərzində qaynar xəttə daxil olmuş müraciətlərin araşdırılması və müvafiq yardımların göstərilməsi məqsədilə mərkəz tərəfindən müxtəlif təşkilatlara 364 məktub ünvanlanıb. Bəzi müraciətlərin ətraflı araşdırılması məqsədilə 81 ailə mərkəzə dəvət olunub, onların uşaqları ilə 263 sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Daxil olan müraciətlərə əsasən bir sıra ailə və məktəbə təcili-təxirəsalınmaz səfər təşkil edilib.
Qeyd edək ki, “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin fəaliyyəti yalnız zənglərin cavablandırılması ilə bitmir. Eyni zamanda, hər il əhalinin məlumatlılığının artırılması, uşaq və yeniyetmələr üçün əlçatanlığın təmin edilməsi məqsədilə qaynar xətt xidmətinin əməkdaşları tərəfindən müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir. Ümumilikdə, 2021-ci il ərzində maarifləndirmə tədbirlərinə 1500-dən çox uşaq cəlb olunub.
“Uşaq Qaynar Xətt”inə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, ushaqqaynarxetti@gmail.com elektron poçtu, Facebook və Instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

