Zərif cinsin nümayəndələri postmüharibə mərhələsində
02.02.2022 [10:02]
Mübariz ABDULLAYEV
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda zərif cinsin təmsilçilərinin ölkə həyatının aktual məsələlərində iştirakçılığına diqqət çəkilib. Azərbaycan Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar sülh və təhlükəsizlik, əməkdaşlıq və iqtisadi inkişaf üçün yeni imkanlar deməkdir. Konfransda da bildirildiyi kimi, qalib Azərbaycan o mövqedən çıxış edir ki, regionda dinc, birgə yaşamağın alternativi yoxdur. Bu kimi proseslərə Azərbaycan qadınlarının da öz töhfələrini verəcəklərinə heç bir şübhə yoxdur. “Qadınların münaqişədən sonrakı rolu ilə bağlı Milli Fəaliyyət planı hazırlanmaqdadır”. Bu barədə tədbirdə çıxış edən Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov məlumat verib.
Qadınlar üçün mümkün fəaliyyət istiqamətləri
Azərbaycan qadınlarının postmüharibə dövründə roluna, o cümlədən də onların Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpasında iştirakına diqqət çəkilməsi isə heç də təsadüfi deyildir. Bəli, qadınlarımız, ilk növbədə, anadırlar. Tarixən onlar ailələrimizin sütunu qismində çıxış ediblər. Eyni zamanda, qadınlarımız həmişə müxtəlif missiyalar yerinə yetiriblər. Azərbaycan qadınları bu gün yalnız ana olmaqla kifayətlənmir, onlar ölkəmizin həyatının bütün sahələrində öz fəallıqları ilə fərqlənirlər. Hazırda dövlət idarəçiliyində, təhsil, səhiyyə, sosial müdafiə sistemlərində, hüquq-mühafizə orqanlarında qadınların iştirakçılığı yüksək səviyyədədir.
Hazırda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin olunması 2030-cu ilədək dövrü əhatə edən yeni strateji mərhələnin əsas prioritetlərindən biridir. Böyük Qayıdışı qısa müddətdə və layiqli şəkildə təmin etmək üçün təxminən, 10 min kvadratkilometr ərazidə bərpa-quruculuq işləri həyata keçirmək lazımdır. Son bir ildə bəhs olunan ərazilərdə görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan qarşıya qoyduğu hədəfə nail olacaq.
Bəhs olunan milli fəaliyyət planı sənədində Azərbaycan qadınlarının postmüharibə mərhələsindəki proseslərdə, o cümlədən də işğaldan azad edilmiş ərazilərin bərpasında mümkün fəaliyyət istiqamətləri öz əksini tapacaq. Qadınlarımızın postmüharibə mərhələsində yaşanan və gözlənilən proseslərdə fəal iştirak etməyə və əməkdaşlığa, bərpa işlərinin həyata keçirilməsinə öz töhfələrini verməyə həm yüksək potensialları, həm də mənəvi haqları var. Konfransda da vurğulandığı kimi, Ermənistanın işğalı nəticəsində öz dədə-baba torpaqlarından çıxmaq məcburiyyətində qalan məcburi köçkünlərin 50 faizini məhz qadınlar təşkil edir. Belə ağır tale ilə üzləşən qadınlar sülh və etimadın qurulması tədbirlərinə öz töhfələrini verə bilərlər və Azərbaycan hökuməti buna şərait yaratmağa hazırdır.
Qadın sahibkarlar artıq bərpa prosesində
“Qadınların münaqişədən sonrakı rolu ilə bağlı Milli Fəaliyyət planı” sənədinin hazırlanması zərif cinsi təmsil edən sahibkarların işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlamalarının təşviq edilməsi və buna şərait yaradılması baxımından da çox önəmlidir. Bəhs olunan ərazilərdə iqtisadi fəaliyyətlə məşğul olacaq qadın sahibkarlar üçün bir sıra güzəştlər də nəzərdə tutulur. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən qadın sahibkarların sayı kifayət qədər çoxdur. İndiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxil olan 980 müraciətdən 42-si qadın sahibkarlara aiddir. Onların 24-ü investisiya layihələri, 18-i isə digər iş və xidmətlərin həyata keçirilməsinə aiddir. Biznes qurmaq istəyən qadın sahibkarların təqdim etdikləri layihələrin 13-ü ticarət və xidmət, 10-u sənaye, 6-sı kənd təsərrüfatı, 6-sı turizm, 4-ü tikinti işləri, 2-si təhsil, 1-isə səhiyyə sahələri üzrə olub.
Qeyd edək ki, qadın sahibkarların işğaldan azad edilmiş ərazilərdə fəaliyyətləri ölkənin müvafiq qurumları tərəfindən dəstəklənir. KOBİA-dan verilən məlumata əsasən, regionlarda, o cümlədən Qarabağın və Şərqi Zəngəzur iqtisadi rayonlarında qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması, biznes planlarının hazırlanması, maliyyə resurslarına çıxışlarına dəstək göstərilməsi və bu kimi istiqamətlərdə zəruri tədbirlərin həyata keçirilməsinə qurum tərəfindən müvafiq köməklik göstəriləcək.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Maraqlı
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57

