Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xocalıda 22 nəfərin qəzaya düşməsi ilə bağlı araşdırmalar davam edir - DİN

Xocalıda 22 nəfərin qəzaya düşməsi ilə bağlı araşdırmalar davam edir - DİN

08.02.2022 [11:20]

Xocalının Sığnaq kəndi ərazisində 22 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı araşdırmalar davam edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb. Hazırda başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xatırladaq ki, fevralın 6-da axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Qəza Xocalı rayonu ərazisində baş verib. Qəza nəticəsində 22 nəfər xəsarət alıb.

Faktla bağlı Xocalı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Paylaş:
Baxılıb: 1191 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30