Ali məktəblərə qəbul qaydalarında hansı dəyişikliklər olacaq?
01.03.2022 [10:27]
MÜŞFİQƏ
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 4-dən 17-dək internet vasitəsilə aparılacaq. DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında bildirib ki, imtahanların tarixləri Nazirlər Kabineti yanında Operativ Qərargahla razılaşdırılıb və hər hansı gözlənilməz dəyişiklik olmazsa, imtahanlar təqdim olunan qrafik əsasında keçiriləcək.
Qəbul imtahanlarının vaxtı açıqlanıb
Belə ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də iki dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur. III qrup üzrə ilk imtahan mayın 21-də, II qrup üzrə mayın 22-də, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi iyunun 4-də, yerdə qalan hissəsi isə iyunun 5-də imtahan verəcəklər. İyunun 5-də IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə iyulun 6-da, II qrup üzrə iyulun 7-də, I qrup üzrə iyulun 20-21-də, IV qrup üzrə isə iyulun 21-də keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər.
Qəbul imtahanları iki mərhələdən ibarət olacaq
Qəbul imtahanları bu il üçün də iki mərhələdən ibarət olacaq. İlk imtahanda bacarıqlar yoxlanılacaq. İlk mərhələdə maksimum bal yenə 300 olacaq. Bu prosesdə sənəd vermək istəyən həm cari ilin, həm də əvvəlki illərin məzunları iştirak edə bilərlər: “Keçən ilin məzunlarının buraxılış imtahanlarında topladığı ballar bu il üçün də keçərli olacaq. Yəni onlar builki imtahanda iştirak etməyə bilərlər. Lakin bu da könüllüdür. Əgər istəsələr, builki buraxılış imtahanlarında yenidən iştirak edə bilərlər”.
Hansı dəyişikliklər gözlənilir?
DİM sədrinin sözlərinə görə, Nazirlər Kabineti III ixtisas qrupunda TC və DT altqruplarının yaradılmasını nəzərdə tutan dəyişiklikləri təsdiqləyib. Belə ki, TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı, coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ədəbiyyat fənnindən imtahan verəcəklər: “Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən imtahan verməlidirlər. Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malikdirlər”.
Sualların məzmununda dəyişiklik olacaq
Bu il qəbul imtahanlarında istifadə olunacaq sualların məzmununda da dəyişiklik gözlənilir. M.Abbaszadə bildirib ki, dərslikdə olmayan yalnız 44 günlük Vətən müharibəsi ilə bağlı tarixlər imtahana salınacaq: “Bütün məlumatlar sayta yerləşdirilib. Ali məktəblərə qəbul proqramlarında məzmun xətti 11-ci sinfin standartlarına uyğun olaraq formalaşdırılıb. Nəzərə alsaq ki, bu il məktəblərdə tədris əyani formada olub. Ötən ilin oktyabr ayından həmin məzmunla bağlı məlumat yaymışdıq”.
Məleykə Abbaszadə qəbul plan yerlərinin sayından da danışıb. Onun sözlərinə görə, qəbul plan yerlərinin sayını hökumət təsdiqləyir və hökumət üçün də dövlət sifarişli yerlərin sayı önəmlidir.
Eləcə də qəbul imtahanının ikinci mərhələsində hər fənndən 3 açıqtipli sual olacaq.
Sual kitabçalarını aparanların imtahan nəticələri ləğv olunacaq
“Buraxılış imtahanlarından sonra sual kitabçalarının qaytarılması mümkün olmayacaq. Çünki bu, qayda pozuntusu deməkdir. İmtahandan sonra yazı işləri olur. Niyyətin hara, qiymətin də ora. Ona görə də imtahana əlavə vasitələrlə gəlmək lazım deyil. İndidən abituriyentlərə xəbərdarlıq edirəm. Bütün beynəlxalq imtahanlarda da belədir. Hansı imtahanlarda sual kitabçaları verilir? Biz abituriyentlərin biliklərinə qiymət verməyi bacarırıq. Ona görə də kimsə sual kitabçalarının çıxarılmasında maraqlı olmasın. Hətta magistratura imtahanında iştirak edən bir namizəddə belə fakt olub. Hansı ki balı da məlum idi, lakin biz məsələni araşdırdıq, əmr də imzalamışam, həmin şəxsin nəticələri ləğv olunacaq”, - deyə sədr xəbərdarlıq edib.
Xarici dildə təhsil almaq istəyənlər isə...
Xarici dildə təhsil almaq istəyənlər üçün Azərbaycan dili imtahanının məzmunu və istifadə olunan sualların səslənmə forması qəbul imtahanlarında tətbiq olunacaq. Qəbul imtahanlarında Azərbaycan dili üzrə dinləmələr də olacaq.
Əgər imtahan günü testiniz pozitiv çıxarsa...
O da vurğulanıb ki, koronavirusla əlaqəli nəticəsi pozitiv olan şəxslər imtahanlara buraxılmayacaq: “Virusa yoluxan şəxslərin məlumatları sistem üzərindən yoxlanılacaq. Üzrlü səbəblərdən imtahanda iştirak edə bilməyənlər üçün sentyabr ayında buraxılış imtahanları təşkil olunacaq. Həmin şəxslərə yenidən imtahanda iştirak etmək şansı yaradılacaq”.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56

