Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident İlham Əliyev Koreyanın yeni Prezidentini təbrik edib

Prezident İlham Əliyev Koreyanın yeni Prezidentini təbrik edib

14.03.2022 [17:37]

Prezident İlham Əliyev Koreya Respublikasının yeni seçilmiş Prezidenti Yun Sok Yola təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Yun,

Koreya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.

Mən Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında təşəkkül tapmış dostluq əlaqələrinə böyük əhəmiyyət verirəm. İnanıram ki, bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək ölkələrimiz arasındakı qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Paylaş:
Baxılıb: 737 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31