Qədim mətnlər erməni plagiatını ifşa edir
23.04.2022 [00:22]
23 Aprel “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”dür
Aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 23 Aprel - “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında” mövzusunda vebinar keçirilib.
Tədbirin aktuallığını diktə edən amil əsrlər boyu davam edən, ildən-ilə artan və yeni dövrün elmi-texniki nailiyyətlərindən istifadə etməklə hazırkı günümüzdə daha geniş vüsət alan, qonşu xalqların, ilk növbədə, Azərbaycan xalqının torpağına, mədəni irsinə və tarixinə yönəlmiş təcavüzkar erməni saxtakarlığı fenomeninin və erməni mifologiyasının ifşa edilməsidir.
Vebinarda dövlət orqanlarının rəsmiləri, millət vəkilləri, elm və təhsil müəssisələrinin əməkdaşları, sahə üzrə ekspertlər və digər şəxslər onlayn rejimdə qoşularaq iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə hər il keçirilən konfransların hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək ifşa edilməsi məqsədini daşıdığını qeyd edərək bu vebinarın da erməni mifomaniyasını tarixi sübutlarla, elmi dəlillərlə və danılmaz faktlarla ifşa etmək missiyasının davamı olduğunu bildirib.
Vebinarın giriş hissəsində mədəniyyət naziri Anar Kərimov və digərləri də çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar.
Sonra professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında”, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun “Şuşaya dair erməniləşdirmə cəhdləri: tənqidi təhlil”, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun “Azərbaycan folkloru ilə bağlı erməni saxtakarlığı”, politoloq-tədqiqatçı Fuad Axundovun “Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan irsinin məhv edilməsi indiki Ermənistan ərazisində aparılan çoxəsrlik siyasətin davamı kimi”, Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlilinin “Albaniyanın Uti vilayətinin qədim sakinləri suvar-sabirlər” mövzularında məruzələri dinlənilib.
Müzakirələr zamanı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev də çıxış edərək müzakirə edilən məsələ ilə bağlı fikirlərini bölüşüblər.
UNESCO-nun Baş konfransının 1995-ci ildə qəbul edilmiş Qərarına əsasən, 23 aprel “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi təsis edilib və hər ilin 23 aprel tarixində bütün dünyada təntənəli şəkildə qeyd olunur. “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ölkəmizdə 1997-ci ildən etibarən qeyd olunur.
Son illər ənənəvi olaraq, ölkəmizdə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan konfranslar “Qədim mətnlər və klassik mənbələr erməniçilik uydurmalarını ifşa edir” devizi altında keçirilir. Görkəmli alimlərin, mütəxəssislərin qatıldığı belə tədbirlərdə qədim mətnlər, tarixi mənbələr, faktlar əsasında erməni saxtakarlıqları və plagiatı ifşa edilir.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15

