“Davam” Oxçuçay ilə bağlı kampaniya həyata keçirir
26.04.2022 [13:09]
"Davam” Gənclər Hərəkatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Oxçuçay üçün hərəkətə keç" devizi altında "Beynəlxalq sosial mediada Oxçuçay mövzusunda kampaniyanın keçirilməsi" adlı layihə həyata keçirir.
Layihə Oxçuçayın Ermənistan tərəfindən davamlı çirkləndirilməsini və təxirəsalınmaz tədbirlərin görülməli olduğunu sosial media vasitəsi ilə dünya ictimaiyyətinə çatdırmağı hədəfləyir.
Layihənin ilkin mərhələsində sosial media platformalarında ictimai elan verildikdən sonra müraciət edən gənclərdən ibarət 30 nəfərlik qrupların formalaşdırılmasına başlanıb.
Daha sonra formalaşdırılan 10 qrupun hər birində təmsil olunan 30 gənc "Twitter" sosial media platformasından effektiv istifadə edilməsi və bu sahədə praktik bacarıqların artırılması ilə bağlı təlimlərə cəlb olunublar.
Baş tutan təlimlərdə həmçinin Oxçuçayda baş verən ekoloji böhran, mövcud kritik vəziyyət və çayın Ermənistan tərəfindən davamlı çirkləndirilməsinin fəsadları, o cümlədən bu ekoloji terrorun qarşısının alınmasının vacibliyi və “Twitter” vasitəsilə effektiv işıqlandırılmasının yolları barədə ətraflı məlumat verilib, gənclərin çoxsaylı sualları cavablandırılıb.
Təlimlərə paralel layihənin ikinci mərhələsinin icrasına başlanıb. Kampaniya çərçivəsində sosial mediada istifadə olunacaq post və kontentlərin generasiyası prosesinə start verilərək qısa müddətdə uğurla tamamlanıb. Oxçuçaydakı ekoloji balansın pozulması ilə bağlı laborator nəticələrin və xüsusi fotoşəkillərin əks olunduğu postlar yüksək peşəkarlıqla dizayn edilib və rus, ingilis dillərinə tərcümə olunub.
Kampaniyada kütləviliyin təmin edilməsi üçün “Oxçuçayda törədilən ekoloji terror ilə bağlı məlumatlandırıcı material” adlı Azərbaycan, rus və ingilis dillərində hazırlanan buklet çap olunub və Gənclər Hərəkatının struktur vahidləri, ali təhsil müəssisələri, Gənclər Evləri şəbəkəsində paylanıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

