Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda 26 hərbçiyə qarşı dələduzluq edən həkim cəzalandırılıb

Bakıda 26 hərbçiyə qarşı dələduzluq edən həkim cəzalandırılıb

29.04.2022 [16:03]

Bakıda 26 hərbçiyə qarşı dələduzluq edən həkim cəzalandırılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim-mütəxəssisi Natəvan Məmmədovanın həmin Poliklinikada işlədiyi dövr ərzində müayinələrdən keçmiş hərbi qulluqçuların guya qanında şəkər xəstəliyi göstəricilərinin normadan yüksək olmasını bildirib cavabların müsbət yazılması müqabilində müxtəlif vaxtlarda 26 nəfər hərbi qulluqçudan aldatma yolu ilə cinayət məsuliyyətinə səbəb olmayan kiçik məbləğlərdə pul vəsaitini tələb edərək, dələduzluq yolu ilə özgənin əmlakını talamışdır.

İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmiş, N.Məmmədovanın barəsində 3 ay müddətində inzibati həbs tənbehi tətbiq edilmişdir.

Paylaş:
Baxılıb: 798 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31