İranla Azərbaycan arasında uçuşların sayı və turizm axını artırılacaq
02.06.2022 [17:46]
Azərbaycanla İran arasında hazırda həftədə iki dəfə həyata keçirilən uçuşların sayını dörd dəfəyə çatdırılması gözlənilir.
Bunu “Report”a Azərbaycandakı İran İslam Respublikası Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan deyib.
Onun sözlərinə görə, hazırda İrana “Azərbaycan Hava Yolları” QSC-nin törəmə müəssisəsi “Buta Airways” hər həftənin cümə günləri, İranın “İrair” aviaşirkəti isə hər həftənin bazar ertəsi uçuşlar həyata keçirir: “Hazırda aparılan danışıqlarda Azərbaycanla İran arasında uçuşların sayını həftədə dörd dəfəyədək artırılması müzakirə olunur”.
Ə. Purmərcan əlavə edib ki, İranın Azərbaycandakı Səfirliyi istəyir ki, Azərbaycanla İran arasında quru yollar açılsın: “Quru yollar açılsa, iki ölkə arasında turist axını artacaq. Həm azərbaycanlılar İrana gedəcək, həm də İrandan Azərbaycana gələn turistlərin sayı çox olacaq. İranda azərbaycanlı turistlər ölkəyə gələnlərin sihayısında ilk üçlükdə qərarlaşıb. İldə 1 milyondan çox azərbaycanlı turistlər İrana gedirlər. Ona görə, ümid edirəm ki, quru yollar tezliklə açılar”.
İran rəsmisi Azərbaycanla mövcud olan mədəniyyət əlaqələrindən danışıb: “Bu il Azərbaycanla İran arasında mədəniyyət sahəsində bir sıra işlərin həyata keçirilməsi gözlənilir. Azərbaycanla İran arasında mədəniyyət sahəsi çox genişdir, bu il üçün planlarımız çoxdur. 20 il əvvəl Azərbaycanla İran arasında mədəniyyət sahəsində müqavilə imzalanıb. Bunun əsasında işlər aparılır. Gələcəkdə Azərbaycanla İran birgə İslam Sivilizasiyasına həsr olunmuş seminar keçiriləcək. Bu müştərək həyata keçiriləcək. Seminar Azərbaycan və İran elm xadimlərinin təşəbbüsü ilə həyata keçiriləcək. Bu seminarı Azərbaycanda təşkil etməyi planlaşdırırıq”.
O, film sənayesi sahəsində əməkdaşlığa da diqqət çəkib: “Bizim məqsədimiz budur ki, İranın film sənayesində çalışanlar Bakıya gəlsinlər və Bakıda müştərək film çəksinlər. Bir neçə ay əvvəl İranın bir neçə filmləri Azərbaycan televiziyalarına bəxş edilib. Bir neçə il əvvəl İranla Azərbaycan arasında bir müştərək film ərsəyə gəlib. Çox gözəl layihə idi, ümid ediriəm ki, bundan sonra da bu işlər davamlı olacaq. Hesab edirəm ki, Azərbaycanın Mədəniyyət Nazirliyinin bu işlərə marağı var. Pandemiya bitib artıq, biz bu istiqamətdə fəaliyyət göstərə bilərik”.
Ə.Purmərcan əlavə edib ki, bu il mayın 15-də Bakıda CASPINDEXPO 2022" beynəlxalq ticarət və sənaye sərgisi keçirilib: “Sərgidə bir neçə İran şirkəti iştirak edib. Bu ticarət əlaqələrinin inkişafı baxımından gözəl təşəbbüsdür. Biz bu kimi işlərin mədəniyyət sahəsində də təşkilini arzu edirik. Bununla yanaşı, mən İran tərəfinə layihə təqdim etdim ki, əl işləri ilə məşğul olan İran və Azərbaycan qadınlarının Azərbaycanda sərgisini təşkil edək. Bu layihənin üzərində işləyirik”.
O, bu il üçün Şuşa ili çərçivəsində hansısa işlərin həyata keçirilməsinə manasibət bildirib: “Bir neçə müddət əvvəl Ağdamda idim. Əfsus ki, Ağdamda heç bir tikili qalmayıb. Orda bildirdim ki, mədəniyyət, incəsənət sahəsində İranın əlindən nə gəlsə, biz kömək etməyə hazırıq. Ermənilərin viran etdiyi yerləri bərpa edək, onlar öz qədim görkəminə qovuşsunlar. Qarabağa gedəndə elə bilirəm ki, mənim öz vətənim, öz mülküm viran olub. Bizim mənəvi mirasımız, kökümüz, mədəniyyətimiz birdir”.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

