Zaman dəyərlidir, onu itirmə!
03.06.2022 [10:44]
Pomodoro metodu
Deyirlər ki, kor üçün göy qurşağının rəngləri, kar üçün quşların səsi nədirsə, boşa sərf edilən zaman da insan üçün o deməkdir. İnsanların vaxtdan necə istifadə etməsi onların həyat keyfiyyətini müəyyən edir. Əksər insanlar vaxt itirdiklərinin fərqində belə deyillər. Cib telefonları və planşetlərlə oyunlar, sosial mediada daha çox vaxt keçirmək, söhbəti vaxtında bitirə bilməmək, lazımsız telefon zəngləri, çox uzun görüşlər, sistemsizlik, diqqəti cəmləyə bilməmək, qərarsızlıq, eyni anda çox şey etməyə çalışmaq, yox deyə bilməmək və s. hər biri insanların vaxtını oğurlayır.
Əslində, insanların əksəriyyətinin əsas problemi vaxt çatışmazlığı deyil, vaxtdan səmərəli istifadə etməyi bilməmələridir.
Bunun üçün ən səmərəli və populyar metod - pomodoro metodudur. Bəs pomodoro metodu nədir?
25 dəqiqədən bir istirahət edin
Pomodoro metodu vaxtdan səmərəli istifadə etmək üçün hazırlanmış zaman idarəetmə metodudur. Bu metod diqqətini cəmləşdirməkdə əziyyət çəkən insanlar üçün lazımlıdır. 1980-ci illərin sonunda Francesco Cirillo tərəfindən hazırlanıb. Pomodoro metodunun mexanizmi qısa fasilələrlə bir-birindən ayrılmış işlərdən ibarətdir.
Bu metod işlərinizi yüksək səviyyədə bitirməyə kömək edəcək. Qısa fasilələrlə diqqət həmişə təzə saxlanılır, maksimum fokuslanma təmin edilir və daha az zehni yorğunluq hiss olunur. Bu metod sayəsində səmərəli işləmək və məhsuldarlığı artırmaq mümkündür. Pomodoro metodunun tətbiqi çox sadədir. Sadəcə, bir saatdan başqa bir şey tələb etmir. Asanlıqla öyrənilir və tətbiq olunur. Səmərəliliyi əldə etmək üçün metoddan 7-20 gün davamlı olaraq istifadə etmək lazımdır. Tətbiq prosesi çox sadədir. Gün ərzində hər bir iş üçün qısa vaxt aralığı müəyyən olunur və dövri fasilələr verilir. Hər işləmə dövrü “Pomodoro” adlanır.
Əvvəlcə hədəfinizi müəyyənləşdirin.
Taymeri 25 dəqiqəyə qoyun və dəqiqə bitənə qədər işləyin. Həmin an başqa nəsə ilə məşğul olmayın. Əlavə etmək istədiyiniz işləri fasilə vaxtınıza qədər təxirə salın və başqalarının sizə mane olmasına imkan verməyin.
Psixoloqların fikrincə, saatın tıqqıltısı psixoloji olaraq insanın işə daha diqqətlə yanaşmasına kömək edir.
25 dəqiqədən sonra işin hansı hissəsində olursunuzsa olun, mütləq 5 dəqiqə fasilə edin.
Ən sonda Devid Allenin işi sona çatdırmaq (Getting Things Done) metodundan yararlana bilərsiniz. Belə ki, bütün işlərinizi bir bloknota və ya fayla qeyd edin. Sonra isə onları “Ev”, “İş”, “İstirahət”, “Alış-veriş” kimi bölümlərə ayırın. Bəndləri yerinə yetirdikcə bir-bir onu silin.
Vaxtınızı necə səmərəli istifadə etdiyinizi görmək üçün gördüyünüz işlərə nəzər yetirmək kifayətdir. Zamanın qədrini bilmək, hər anı düzgün dəyərləndirmək və şüurlu şəkildə idarə etmək həyatınıza məna qatacaq.
MİKAYIL
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17

