“Beynəlxalq mediada Azərbaycan mövzusu”
10.06.2022 [17:52]
Mətbuat Şurasında bu mövzuda tədbir keçirilib
Nardar BAYRAMLI
İyunun 10-da Azərbaycan Mətbuat Şurasının və Ulus Fondunun birgə təşkilatçılığı ilə Fondun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı əsasında gerçəkləşdirdiyi “Beynəlxalq mediada Azərbaycan mövzusu” adlı layihəsi çərçivəsində toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması son dərəcə mühüm vəzifələrdən biridir. İndiyədək ölkəmizdə məsələyə fundamental baxışı ortaya qoyan çoxsaylı layihələr reallaşdırılıb. “Əlbəttə, layihələrdə konkret hədəf vacibdir. Bu baxımdan Ulus Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Beynəlxalq mediada Azərbaycan mövzusu” layihəsi mühüm əhəmiyyət daşımaqdadır. Onu deyim ki, Mətbuat Şurası olaraq biz müxtəlif vaxtlarda dünya mediasının Azərbaycanla bağlı fikirlərinin öyrənilməsinə diqqət yetirmişik. 44 günlük Vətən Müharibəsi müddətində xüsusən Rusiya mediasını izləmişdik. Əleyhimizə olan çoxsaylı materiallar diqqətimizi çəkib. Əlbəttə, bu da təbiidir. Rusiya mediasında erməni faktoru böyük rol oynayır. Eyni zamanda Rusiyada erməni lobbi və diaspor təşkilatları kifayət qədər aktivdir. Buna görə şimal qonşumuzun ictimai fikrinə təsir göstərməyi bacarmalıyıq. Hesab edirəm ki, bu layihə nəticəsində gəlinmiş qənaət mövcud istiqamətdə nələri etməli olduğumuzu da müəyyənləşdirəcək, ümumi işə töhfə verəcək”, - deyə Ə.Amaşov vurğulayıb.
Ulus Fondunun təsisçisi və layihənin işçi qrupunun üzvü Əlisəfa Mehdiyev çıxışında layihənin məqsəd və vəzifələrindən söz açıb. O bildirib ki, layihə Rusiya mediasında Azərbaycan simasının formalaşdırılmasına və bu yöndə gələcəkdə görüləcək işlər barədə dəqiq təsəvvür formalaşdırmağa xidmət göstərir. “Rusiya mediasının monitorinqinin aparılması vacibdir. Yalnız Vətən Müharibəsi dövründə bu ölkənin kütləvi informasiya vasitələrində Azərbaycanın adı 82 min dəfə çəkilmişdi. Materialların 90 faizi əleyhimizə idi, 5 faizində neytrallıq vardı. Yalnız 5 faizində isə ölkəmizlə bağlı müsbət məqamlar yer almışdı. Belə bir durumda biz bu layihə çərçivəsində rusiyalı nüfuzlu ekspertlərin Azərbaycanla münasibətlərin hazırkı strukturuna dair fikirlərini öyrənməyə qərar verdik. Bir daha bildirim ki, məqsədimiz o fikirlərə nəzərən Rusiya coğrafiyasında necə davranmalı olduğumuzu müəyyənləşdirməkdir. Hesab edirəm ki, konkret nəticələr əldə etmişik. O nəticələrə görə gələcək fəaliyyətin nələrdən ibarət olduğunu hesabat şəklində hazırlamışıq”, - deyən Ə.Mehdiyev iştirakçıları layihə çərçivəsində slayd şəklində hazırlanmış geniş hesabatla da tanış edib.
Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, layihənin işçi qrupunun üzvü Anar Həsənov çıxışında iştirakçıları Rusiyanın nüfuzlu ictimai xadimləri, fikir adamları ilə apardığı 20 müsahibə nəticəsində gəlinmiş qənaətlə tanış edib. O bildirib ki, Rusiya cəmiyyəti Azərbaycana diqqəti əsasən 5 mövzu üzrə ayırır. Ardıcıllıq nəzərə alınmaqla bunlar neft və qazın nəqli məsələləri, Qarabağ, dövlət rəsmilərinin səfərləri, Azərbaycan-Türkiyə əməkdaşlığı, Azərbaycan süfrəsi və ölkəmizin turizm imkanlarıdır. Diqqətçəkən və sevindirici cəhət əvvəlki illərdə olduğu kimi, miqrasiya məsələlərinin ön planda olmamasıdır. Bu isə Rusiyadakı azərbaycanlıların yerli şəraitə daha çox uyğunlaşdığı, ənənəvi problemləri arxada qoyduğubarədə təsəvvür formalaşdırır. Rusiya mediasında anti-Azərbaycan xəttinin səbəblərinə gəlincə, burada A.Həsənovun müsahibi olan rusiyalı ekspertlər hesab ediblər ki, ölkə KİV-lərinin erməni əsilli rəhbərlərinin mövcudluğu amili, erməni lobbisinin fəaliyyəti, fərqli mənbələrə istinad edildiyindən subyektivliyin qaçılmazlığı, Rusiyanın Qarabağ münaqişəsində moderator mövqeyi, balanslı mövqe sərgiləmək cəhdləri, erməni tərəfi ilə işləyən fikir liderləri arasinda məşhurların çoxluğu, erməni tərəfin təbliğat üçün daha çox imkanlardan istifadə etmək bacarığı, Türkiyə-Azərbaycan müttəfiqliyinin Rusiyada ağrılı və emosional qəbul edilməsi, habelə hökümət və qeyri-hökümət təşkilatları səviyyəsində rusiyalı fikir liderlərilə kompleksli işin aparılmaması vurğulanmalıdır. Onun Azərbaycana məxsus media holdinqin yaradılması, Moskva ilə yanaşı Rusiyanın çoxmilyonlu şəhərlərində media bazarına çıxışın əldə olunması üçün iş aparılması, müxtəlif tematik toplantıların təşkili, diaspor və səfirliyin birgə fəaliyyətinin gücləndirilməsi ilə əlaqədar təklifləri maraqla qarşılanıb.
Qeyd edək ki, tədbirdə A.Həsənova “Beynəlxalq mediada Azərbaycan mövzusu” layihəsinin həyata keçirilməsində fəal iştirakına görə təşəkkürnamə təqdim edilib.
Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında layihənin əhəmiyyətini, eyni zamanda hazırlanmış hesabatın, rusiyalı ekspertlərlə aparılmış müsahibələrin zəruriliyini vurğulayaraq bildirib ki, Rusiyanın vətəndaş cəmiyyəti institutları, o cümlədən ölkənin mediası ilə sistemli və ardıcıl iş aparılması günün tələbidir.
MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də çıxışında layihənin əhəmiyyətini vurğulayıb. O, belə bir faydalı təşəbbüsün əməli nəticələr verməsinin müstəsna əhəmiyyət daşıdığını qeyd edib.
Siyasi elmlər doktoru, “Beynəlxalq mediada Azərbaycan mövzusu” layihəsi üzrə monitorinq qrupunun rəhbəri Sabir Məmmədli layihənin icrası zamanı meydana çıxan xarakterik xüsusiyyətlər, habelə Rusiya mediasının, o cümlədən ictimai rəyinin Azərbaycana münasibətdəki spesifik yanaşmaları haqqında söz açıb.
Tədbirdə digər çıxış edənlərdən ekspert İlham İsmayıl, Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev, müstəqil araşdırmaçı jurnalist Əkrəm Bəydəmirli, müstəqil jurnalist İsmayıl Balacanov layihənin günümüz üçün aktuallığından bəhs edərək bildiriblər ki, indiyədək əldə edilmiş uğurlar başlanılmış işin davamlılığı üçün etibarlı baza rolunu oynamaqdadır.
Xəbər lenti
Hamısına baxGündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15

