Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi
15.06.2022 [10:45]
Taleyinə yenidən müstəqillik qazanmaq yazılan Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsilə üzləşdi. Ölkədə xaos, hakimiyyət böhranı, anarxiya kuliminasiya həddinə çatdı. Hərci-mərcilik, özbaşınalıq, vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma dövlət müstəqilliyimizi təhlükəyə aldı. Müstəqilliyimizin o mərhələsi barədə umummilli lider Heydər Əliyev demişdir: “Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan daxildəki qüvvələr güclü idi. Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbi sərvətlərə malik olan ölkənin tam müstəqilliyi başqa ölkələrdəki bəzi dairələri qane etmirdi”.
Ermənistanın təcavüzünə görə Azərbaycanın zəifləməsi, daxili hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra xalq hakimiyyətdən saldı. 1993-cü ilin birinci yarısında Kəlbəcərin və Azərbaycanın digər ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının böhranı son həddə çatdırması, günbəgün pisləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu xalqı öz arxasınca aparan, ölkəmizi düşdüyü ağır və dözülməz çətin vəziyyətdən çıxarmağa qadir Liderə ehtiyac olduğunu göstərirdi. Belə bir Lider xalqın ürəyində yaşayan, sevilən Heydər Əliyev 9 iyun 1993-cü ildə xalqın çağırışına səs verərək Bakıya qayıtdı. Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. İyunun 15-də ölkənin qanunvericilik orqanına Azərbaycan Ali Sovetinin sədri seçildi və həmin iclasda Ulu Öndər çıxış edərək tarixi nitqini “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” - söylədi, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu. Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. İnkişafın təməlini qoydu. Azərbaycan Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində qüdrətli bir dövlətə çevrildi. Xalqımızın əksəriyyəti tərəfindən 1993-cü il oktyabrın 3-də Prezident seçildi. Xalqın yüksək səsini toplayaraq, yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ilk gündən həm özünü, həm də vətəndaşlarını qorumağa qadir dövlət yaratdı. Xalq-Heydər Əliyev birliyi Azərbaycan dövlətçiliyinə qarşı olan Surət Hüseynova, Cavadov qardaşlarına, Azərbaycanın ərazi bütövlüyünü cənubdan təhdid edən “Talış-Muğam Respublikası” iddiasına son qoydu. Azərbaycan dövlətçiliyinin xilaskarı kimi yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev öz sarsılmaz iradəsi, əzmi, zəngin dövlətçilik təcrübəsi və siyasi fəhmi ilə tezliklə bu mühüm vəzifələrin öhdəsindən tam qadir olduğunu göstərdi.
Sonralar 1997-ci il iyunun 27-də millət vəkillərinin təklifini nəzərə alan Milli Məclis Azərbaycan Respublikasının Prezidenti möhtəşəm Heydər Əliyevin dərin ictimai-siyasi və iqtisadi böhranlardan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, dövlətimizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində müstəsna xidmətləri yüksək qiymətləndirilərək ölkə rəhbərliyinə qayıdış gününü xalqımızın və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı sayaraq 15 iyun günü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilmişdir. 15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayramı kimi qeyd olunur.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Ulu Öndərin siyasi kursunun uğurla davam etdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev səfərdən sonra işğaldan azad edilmiş torpaqlarda düşmən tərəfindən məhv edilmiş infrastrukturun, maddi-mədəniyyət abidələrinin, yaşayış məntəqələrinin, təhsil və elm ocaqlarının yenidən qurulması və bərpası layihələrinin təməlini qoyur. İşğaldan azad olunmuş ərazilərdə Füzuli və Zəngilan rayonunda beynəlxalq əhəmiyyətli hava limanlarının tikilməsinə xüsusi diqqət yetirir. Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu görülən işlər xalqımızı əmin edir ki, Prezident İlham Əliyevin rəhbərliyilə daha uca zirvələr fəth ediləcək. Düşmənin yerlə yeksan etdiyi “Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
Qazanılan bütün nailiyyətlərin əsasıda ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi dayanır. Müstəqil Azərbaycanın idarəçilik sükanı ülu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Möhtəşəm iqtisadi uğurlara imza atıb. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edir.
S. Qurbanov
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

