İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB
27.06.2022 [11:27]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət prioritetlərində müsəlman ölkələri ilə əməkdaşlığın xüsusi yer tutduğunu qeyd edərək, bu əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla aparıldığını bildirdi. Dövlətimizin başçısı ölkəmizin İƏT ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışdığını qeyd etdi.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olan bir çox müsəlman ölkələri ilə də sıx əməkdaşlıq edir. Bununla əlaqədar dövlətimizin başçısı bu günlərdə Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis ediləcəyini məmnunluqla vurğuladı.
Prezident İlham Əliyev həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı işğal illərində ermənilər tərəfindən tarixi və mədəni abidələrimizin, o cümlədən məscidlərimizin vəhşicəsinə darmadağın edildiyini bildirərək bunu xalqımıza qarşı mədəni soyqırımı, bütün müsəlman ölkələrinə qarşı təhqir kimi dəyərləndirdi.
Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma layihələrindən, o cümlədən dini abidələrimizin bərpası istiqamətində görülən işlərdən danışdı.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərindən məmnunluq hissi keçirdiyini qeyd etdi. Hissein Brahim Taha Azərbaycanın İƏT üçün çox önəmli ölkə olduğunu bildirərək dövlətimizin başçısının lider kimi fəaliyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, İƏT Prezident İlham Əliyevin üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətindəki mövqeyinin dünya miqyasında təşviq edilməsi üçün yorulmaz səylər göstərir.
Prezident İlham Əliyev BMT tərəfindən də təqdir edilən və İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurasının birgə əməkdaşlığının təzahürü olan Bakı Prosesinin mədəniyyətlərarası dialoqa verdiyi töhfəni xüsusi qeyd etdi.
Görüşdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında həmrəyliyin önəmi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Dünyanın bəzi regionlarında islamofobiya meyillərinin artdığı bildirildi və onun qarşısının alınması istiqamətində birgə fəaliyyətin aparılmasının vacibliyi vurğulandı.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36

