Çıxış yolu sosial mediadır?
21.09.2022 [11:21]
Nazirlik: Məktəblərdə baş verən hadisələrlə bağlı müraciətlərə operativ reaksiya verilir
G.QABİLQIZI
Yeni tədris ili artıq 1 həftədir ki, başlayıb. Elə bu proseslə bərabər ənənəvi problemlər də start götürüb. Bəzi məktəblərdə direktorlar və ya müəllimlərin fəaliyyəti ilə bağlı narazılıqlar müşahidə olunmaqda davam edir. Müəllim və valideynlər arasında bəzi məktəb direktorlarının pul yığımları, məktəb heyəti ilə davranış qaydaları və s. ilə bağlı şikayətlər var. Xüsusilə bayram ərəfələrində bu narazılıq və şikayətlər daha da artır və ciddi hal alır. Bu halların sosial mediada sistemli və davamlı şəkildə tirajlanması isə bir sıra sualların yaranmasına səbəb olur. Məlumdur ki, dövlətimiz korrupsiya ilə mübarizəyə xüsusi diqqət ayırır və vətəndaşların bununla bağlı istənilən müraciətləri operativ şəkildə araşdırılır.
Bu sistemlə bağlı əhalinin maarifləndirilməsi üçün də lazımi tədbirlər görülür. Deməli, əhalinin əksəriyyəti istənilən sahədə korrupsiya faktı və digər qanun pozuntusu ilə qarşılaşdıqda bunu müvafiq orqanlara çatdırmaqla bağlı məlumatlıdır. O zaman bu hallar niyə təkrarlanır? Hər halda bu problemlərin yaranması ya narazılıqlardan, ya da qeyri-məmnunluqdan, inciklikdən, istədiyinə nail olmamaqdan irəli gəlir. Bütün narazılıq xarakterli şikayətləri obyektiv yanaşma hesab etmək və çıxış yolunu şikayəti pərdələməkdə və ya şikayətçinin narazılığını təmin etməkdə görmək də düzgün deyil. Bu, artıq şikayəti ciddi araşdırıb, obyektiv qiymət verən qurumların mövqeyindən asılıdır. Nə qədər ki, narazılıqlara düzgün baxılacaq və obyektiv qiymət veriləcək, şikayətlərin sayı kəskin azalacaq.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Yeni Azərbaycan”a bildirib ki, anonim olmadan gələn bütün müraciətlər yoxlanılır, araşdırılır və araşdırmanın nəticələrinə uyğun olaraq tədbirlər görülür. C.Valehovun sözlərinə görə, bu cür hallarla rastlaşan vətəndaşların birbaşa quruma müraciət etməsi üçün orta təhsil müəssisələrində də mütəmadi maarifləndirmə tədbirləri aparılır.
Əlaqədar qurumdan verilən məlumatdan belə bəlli olur ki, məsələ nazirliyin diqqətindədir və şikayətlərə baxılır. Əgər problem, yaxud hadisə nazirliyin “qaynar xətt”inə deyil, birbaşa sosial şəbəkədə paylaşılırsa, bu halda hadisələrin qərəzli şəkildə baş verdiyinə inanmaq olar. Çünki şikayətçi əlindəki dəlillərin yetərsizliyi və qeyri-obyektivliyi səbəbindən nəticəsinin olmayacağını bilir. Çıxış yolunu isə qısa müddətdə ictimai qınağa tuş gətirən sosial mediada görür. Əlindəki materialları heç bir sübutu olmadan yayır və bir çox hallarda istədiyi nəticəyə nail olur.
Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, bu məsələlər bir qədər ictimai əhəmiyyətlidir: “Məktəb direktorları və ya müəllimlər qanundankənar fəaliyyət göstərirlərsə, hüquq pozuntusu sayılır. Sosial media da bu mənada ictimai nəzarət platformasıdır. İstənilən hüquq pozuntusu sosial mediada ictimailəşir. Çünki ictimai nəzarət olmadan hüquq pozuntusuna qarşı mübarizə aparmaq təkcə strukturların imkanı daxilində deyil. Ona görə də sosial mediada bu xəbərlərin yayılması, əslində doğru yanaşmadır. Bu xəbərlərin sistemli şəkildə tirajlanması həm də ictimai qınağı yaradır. Kimsə daha sonra açıq-aşkar rüşvət tələb etməkdən çəkinir, düşünür ki, bu hadisənin ictimailəşmə ehtimalı var. “Qaynar xətt”lər məhz bu məsələlər üçün o qədər də uğurlu vasitə deyil. Tirajlanma əgər korrupsiya faktını ifşa məqsədi daşıyırsa, bunun hansı mühitdə çəkilib, yayılması mübahisə predmeti ola bilməz”.
Digər bir məsələ də xəbərlərin kateqoriyasındadır. Bu tip xəbərlər istənilən səviyyədə ajiotaja səbəb olduğundan bəzi media orqanları da bu tip informasiyaları yaymaqda maraqlıdır.
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, bu tip neqativ yüklü xəbərlər digər xəbərlərdən daha çox baxış və reaksiya alır: “Hansısa məktəb direktorunun kiməsə, nə vaxtsa səsli mesaj göndərməsi, hansısa şagirdin məktəbdən kənarda mənfi işlərlə məşğul olması kimi xəbərlər daha sürətlə yayılır. Bu gün cəmiyyətimizin böyük hissəsi neqativ informasiyaları daha tez və asan qəbul etməyə meyillidir. Eləcə də media bu tip xəbərlərin yayılmasında maraqlıdır. Bunlar bizim həyatımızın təzahürləridir. İstəsək də, istəməsək də bu hallarla rastlaşırıq və bunun qarşısının alınması üçün addımlar atmalıyıq. Konkret nəticə verə biləcək tədbirlər haqda danışmaq çətin olsa da, mümkünsüz deyil. Hesab edirəm ki, cəmiyyətin inkişafına ünvanlanmış maarifçilik işi gücləndirilməlidir. Media və sosial şəbəkə aktivlərinə yönəlmiş maarifçilik işləri aparılmalıdır. Ancaq burada qısa müddətdə inqilabi nəticənin olacağını desək, yanılarıq. Çünki cəmiyyətin neqativ xəbərə marağının azaldılması üçün bu bir növ təkamül prosesidir. Bu prosesin də mütləq ki, davamı olmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

