Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi artım trayektoriyasına qayıdıb
06.10.2022 [14:28]
Oktyabrın 6-da Rusiya Federasiyasının paytaxtı Moskvada 2-ci Xəzər İqtisadi Forumu öz işinə başlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Forumda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Mohber, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin, Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xocamurad Geldimuradov iştirak ediblər.
Forum iştirakçıları əvvəlcə məhdud tərkibdə danışıqlar aparıb, iyunun 29-da Aşqabadda keçirilən 6-cı Xəzər Zirvə toplantısının yekunlarını nəzərdən keçiriblər.
Daha sonra 2-ci Xəzər İqtisadi Forumunun plenar iclası baş tutub.
İclasda çıxış edən Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycanın xarici siyasət strategiyasında Xəzəryanı dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur.
Qeyd olunub ki, Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti maraqların qarşılıqlı nəzərə alınması, suverenliyə, ərazi bütövlüyünə, müstəqilliyə hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır.
Xəzəryanı dövlətlər arasında sahəvi əməkdaşlığın sanballı hüquq-müqavilə bazasına toxunan Ə.Əsədov bildirib ki, bu baza bir çox sahələri, o cümlədən təhlükəsizlik, ticari-iqtisadi əməkdaşlıq, nəqliyyat, ekoloji məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər sahələri əhatə edir.
Bu baxımdan 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Xəzəryanı ölkələrin hərtərəfli əməkdaşlığı üçün əsas sənəd kimi səciyyələndirilib, onun tezliklə qüvvəyə minməsinin Xəzərdə bütün sahələrdə gələcək əməkdaşlığa böyük töhfə verəcəyinə əminlik ifadə edilib.
Azərbaycanın iqtisadi göstəricilərinə toxunan Baş nazir qeyd edib ki, cari ilin 8 ayının yekunlarına görə, ölkədə iqtisadi artım müşahidə olunur, xarici ticarət sahəsində müsbət dinamika qorunub saxlanılır.
“Sevindirici haldır ki, pandemiya zəiflədikcə, Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi də artım trayektoriyasına qayıdıb”, - deyən Ə.Əsədov əlavə edib ki, 2022-ci ilin 8 ayı ərzində Azərbaycanın Xəzər regionu ölkələri ilə ticarət dövriyyəsi 45%-dən çox artıb.
Nəqliyyat-tranzit sektorunda əməkdaşlığa diqqət çəkən Baş nazir Azərbaycanın Xəzər dənizindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə və inkişafına mühüm töhfə verdiyini qeyd edib.
“Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ilə Azərbaycan ərazisindən yükdaşımalarda ilbəil artım müşahidə olunur. Belə ki, bu ilin 8 ayı ərzində Şərq-Qərb dəhlizi ilə ölkəmiz vasitəsilə tranzit yükdaşımalar 20%, Şimal-Cənub marşrutu üzrə isə 33% artıb”, - deyə Ə.Əsədov bildirib.
Baş nazir Bakı Beynəlxalq Dəniz Ticarət Limanını bu dəhlizlərin əsas həlqəsi adlandırıb və liman vasitəsilə tranzit yükdaşımaların həcminin hər il artdığını diqqətə çatdırıb.
Ə.Əsədovun sözlərinə görə, beynəlxalq nəqliyyat dəhlizlərinin tərkib hissəsi kimi Xəzər regionunun əhəmiyyətinin artması həm də dəniz limanlarının rolunun optimallaşdırılmasını nəzərdə tutur. “Bununla əlaqədar olaraq, Bakı limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində işlər aparılır”.
Xəzər üzərindən beynəlxalq daşımalardan danışan Ə.Əsədov dayazlaşma probleminə diqqət çəkib. Qeyd olunub ki, Xəzəryanı dövlətlər üçün dənizin dibinin dərinləşdirilməsi istiqamətində daimi işlərin aparılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yaranıb. Yüklərin tam həcmdə daşınmasının təşkili üçün bu problemin həllinin zəruriliyi vurğulanıb.
Sentyabrın 9-da Bakıda keçirilən Azərbaycan, Rusiya və İran arasında ilk üçtərəfli görüş Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün mühüm addım kimi qiymətləndirilib.
Görüşün yekunlarına dair tərəflərin 2030-cu ilə qədər Şimal-Cənub dəhlizi ilə tranzit səviyyəsinin ildə 15 milyon tona çatdırılması üçün əməkdaşlığa və imkanların qiymətləndirilməsinə hazır olduqlarını əks etdirən Bakı Bəyannaməsi imzalanıb.
Forum iştirakçılarına Azərbaycanın mülki yük donanmasının, eləcə də Bakı Gəmiqayırma Zavodunun imkanları barədə məlumat verilib, diqqətə çatdırılıb ki, bütün Xəzəryanı dövlətlər onun imkanlarından yararlana bilərlər.
Azərbaycanın Transxəzər beynəlxalq nəqliyyat marşrutundan səmərəli istifadə edilməsinə mühüm töhfəsi qeyd olunub.
Baş nazir vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən sonra formalaşan yeni reallıqlar regionda nəqliyyat marşrutlarının imkanlarını genişləndirməyə imkan verir. “Bu gün biz regional nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üzərində fəal işləyirik. Bu mənada Zəngəzur dəhlizinin açılması mühüm əhəmiyyət kəsb edir”.
Forum iştirakçılarının diqqəti, həmçinin Xəzər dənizinin dibi ilə Azərbaycandan Qazaxıstan və Türkmənistana fiber-optik kabellərin çəkilməsini nəzərdə tutan kommunikasiya layihələrinə yönəldilib.
Bildirilib ki, bu yaxınlarda Azərbaycan və Qazaxıstanın aparıcı telekommunikasiya operatorları Astanada müvafiq layihə üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıblar.
Həmçinin Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığı artırmaq üçün böyük imkanların olduğu vurğulanıb.
Ə.Əsədov Xəzərin Azərbaycan sektorunda karbohidrogen hasilatının uğurla həyata keçirildiyini qeyd edərək bu prosesdə Rusiya və İran şirkətlərinin də iştirak etdiyini bildirib.
Baş nazir Azərbaycan və Türkmənistan arasında Xəzər dənizindəki “Dostluq” karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə əldə olunmuş razılığı da qeyd edib.
Diqqətə çatdırılıb ki, Qazaxıstan və Türkmənistan öz enerji resurslarının tranziti üçün Azərbaycanın nəqliyyat və boru kəməri infrastrukturundan istifadə edir.
Ekoloji problemlərə toxunan Baş nazir bildirib ki, Azərbaycan Xəzəryanı dövlətlərin bu məsələ ilə bağlı narahatlığını bölüşərək Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün fəal səylər göstərir.
Bildirilib ki, oktyabrda Bakıda Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 6-cı Konfransının keçirilməsi planlaşdırılır.
Baş nazir Azərbaycanın bundan sonra da Xəzəryanı dövlətlərin xalqlarının rifahı naminə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün bütün səyləri göstərməyə hazır olduğunu bildirib.
Plenar iclasın yekunlarına dair 2-ci Xəzər İqtisadi Forumunun Kommunikesi imzalanıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

