Milli İncəsənət Muzeyində “Açıq qapı” günləri keçirilir
11.10.2022 [11:02]
MÜŞFİQƏ
Azərbaycan Milli İncəsənət Muzeyində 9-30 oktyabr tarixlərində “Açıq qapı” günləri elan edilib. Azərbaycan Milli İncəsənət Muzeyinin və UNICEF Azərbaycanın birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə keçirilən sərgi “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlanır.
Sərgi layihəsində Layen Haykensin şəxsi kolleksiyasından hazırki iqlim dəyişikliyinin faciəvi nəticələrinin simvollarından birinə çevrilən canlılar, hippopotamları əks etdirən eksponatlar nümayiş etdirilir.
Tədbirdə ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov, Xəzər Məşvərət Şurasının sədri Ümid Həsənli, Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Rəfiyeva çıxış ediblər.
Keçirilən sərgi ilə bağlı qəzetimizə açıqlama verən Muzeyin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Könül Rəfiyeva bildirib ki, “Açıq qapı” günlərində muzeyə gələnlərin sayında artım müşahidə olunub. Onun sözlərinə görə, göstərilən tarixlərdə paytaxt sakinləri və şəhərimizin qonaqları sözügedən sərgi ilə ödənişsiz tanış olmaq imkanı əldə ediblər. Layihə çərçivəsində məktəb şagirdləri, tələbələr, “Yaşıl şəbəkə” ekoklub dərnəklərinin və “Məktəblərin ekoloji şurası” nın üzvləri, eləcə də ASAN Könüllülər Təşkilatı tərəfindən cəlb edilən həssas qrupdan olan ailələrin övladları iştirak ediblər: “Gənc nəslə, uşaq və yeniyetmələrə faciəvi nəticələrdən xilas olmaq üçün iqlim dəyişiklikləri, ətraf mühitin çirkləndirilməsi problemləri və bu yolda atılması zəruri olan addımlar haqqında maarifləndirici xarakteri daşıyan layihə tamaşaçılar arasında böyük maraqla qarşılanıb. Ziyarətçilərin sırasında böyüklərin və şəhərimizin qonaqlarının da çoxluq təşkil etməsi sevindirici haldır”.
Vurğulanıb ki, sərgi bu ilin iyun ayında başlayan və 2030-cu ilə qədər davam edəcək, ekosistemlər dünyasının deqradasiyasının qarşısını almaq, dayandırmaq və geri qaytarmaq üçün fəaliyyətə səsləyən BMT-nin Ekosistemin Bərpası üzrə Onillik proqramının bir hissəsidir.
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

