7.2 milyonluq “Son Sərhəd”...
18.10.2022 [11:19]
Alyaska necə “satıldı”?
18 oktyabr ABŞ-da Alyaska günü kimi qeyd olunur
Oktyabrın 18-i ABŞ-ın ərazisinə görə ən böyük ştatının - Alyaskanın satışının 155-ci ili tamam olur. Maraqlıdır ki, Qərb imperializminin ən qızğın dövrlərindən sayılan XIX əsr, həm də xəritələrin müəyyənləşməsi, dövlətlərin ərazilərinin dəyişməsi və qızğın döyüşlərlə yaddaqalan olub.
Amma Alyaska tək-tək ərazilərdəndir ki, onun alışı da, satışı da “rəsmi” razılaşmaya əsaslanıb. Bu barədə bir az sonra...
3 milyon göl, ildə 5 min zəlzələ
Alyaska ABŞ-ın ən böyük ştatıdır və təbii ehtiyatları ilə də məşhurdur. ABŞ-ın ucqar şimal və ucqar qərbində yerləşən ştat olmaqla birlikdə, 180-ci meridian buraya məxsus olan Aleut adalarını kəsdiyi üçün Alyaska ərazisi Amerikanın ucqar şərq nöqtəsi də hesab olunur. Alyaska Şimali Amerika materikində yerləşən və ABŞ-ın materik hissəsi ilə birbaşa əlaqəsi olmayan yeganə ştatıdır. Ştat ilə ona ən yaxın məsafədə yerləşən Vaşinqton ştatı arasında 800 km məsafədə Kanadaya məxsus Britaniya Kolumbiyası əyaləti uzanır. Ştatın paytaxtı olan Cuno şəhəri heç bir avtomobil yolu vasitəsilə Şimali Amerika avtomagistral sistemi ilə əlaqəyə sahib deyil.
Alyaska ştatı şərqdən Kanadaya məxsus olan Yukon və Britaniya Kolumbiyası ilə, cənub və cənub-qərbdən Alyaska körfəzi və Sakit okeanla, qərbdən Berinq dənizi, Berinq boğazı və Çukot dənizi, şimaldan isə Şimal Buzlu okeanı ilə əhatə olunub. Alyaskaya məxsus Kruzenştern adası Rusiyanın Ratmanov adası ilə yalnızca 4.8 km məsafə uzaqlıqdadır. Alyaska digər bütün ABŞ ştatlarının cəminin sahib olduğu dəniz sahilindən daha uzun dəniz sahilinə sahibdir.
Alyaskanın ümumi sahəsi 1,717,856 kvadrat kilometr təşkil edir ki, bu da onun ABŞ ştatları arasında sahəsinin böyüklüyünə görə ən böyük ştat olmağı deməkdir. Alyaskanın sahəsi ikinci böyük ştat olan Texasın iki qatından da böyükdür. Ərazi sularını da hesaba qatsaq, Alyaskanın sahəsinin növbəti üç böyük ştat olan Texas, Kaliforniya və Montana ştatlarının ümumi sahəsindən daha böyük əraziyə sahib olduğunu görə bilərik.
Alyaska ərazisində 3 milyondan çox göl və 3 min çay mövcuddur. ABŞ-da 3-cü ən uzun olan Yukon çayı, 100 min buzlaq (Alyaska səthinin 5%-i); Şimali Amerikanın ən yüksək zirvəsi - McKinley Peak, 70-ə yaxın aktiv vulkan məhz bu ştatda yerləşir. Bu ştatda hər il 5000-ə yaxın zəlzələ baş verir ki, onlardan 1000-??n gücü Rixter şkalası üzrə 3,5-ə çatır.
“Son Sərhəd” ləqəbi ilə adlandırılan Alyaskaya “Gecəyarısı Günəş ölkəsi” də deyirlər. Ştatın adı isə “aleutca” “alahsakh” və ya “alasha” - balina yeri, balina bolluğu mənasını verir. Ştatın əhalisi isə ərazisinə adekvat deyil. Belə ki, olduqca böyük əraziyə malik Alyaskada cəmisi 733 mindən bir az çox insan yaşayır. Alyaskada 4 milli park var. Alyaskanın orta illik temperaturu cənubda +4°S-dən Arktika zonasındakı Brooks silsiləsinin şimal təpələrində -12°S-ə qədər dəyişir. İlin müxtəlif vaxtlarında temperaturun dəyişməsi kontinental daxili hissənin mərkəzi və şərq hissələri üçün ən xarakterikdir. Yay aylarında burada orta temperatur +21°S-ə, hətta +32°S-ə qədər yüksəlir.
1 kv.km üçün 4.74 dollar - Alyaska Luizianadan ucuz imiş
Alyaskanın tarixinə gəldikdə isə, Sibir tayfaları 16-10 min il əvvəl istmusdan (indiki Berinq boğazı) keçərək bu ərazilərə gəliblər. Eskimoslar Arktika sahillərində, Aleutlar Aleut arxipelaqında məskunlaşmağa başlayıblar. Alyaska ştatının Sevard yarımadasında, Espenberq burnu ərazisində, Yüksələn Balina yerində, şərqi asiyalıların Amerika (Alyaska) ilə təmaslarını göstərən 1000 illik bürünc və dəmir artefaktlar tapılıb. Alyaskaya səfər edən ilk avropalılar isə 1732-ci ildə “St. Qabriel” gəmisi ilə gələn geodezist M. S. Qvozdev və şturman İ. Fedorovun komandası olub. Bundan əvvəl isə 17-ci əsrdə Amerikaya səfər edən ruslar haqqında da tarixi faktlar mövcuddur. Beləliklə, 1799-cu ildən 1867-ci ilin oktyabrın 18-dək Alyaska və bitişik adaları Rus-Amerika şirkətinin nəzarəti altında olub. Krım müharibəsi isə Rusiya imperiyasının Uzaq Şərqdəki torpaqlarına, xüsusən də Alyaskaya az maraq göstərdiyini üzə çıxardı. Yaxın gələcəkdə müdafiəsi və inkişaf etdirilməsi mümkün olmayan bu ərazini boş yerə itirməmək üçün isə satmaq qərara alındı. 1866-cı il dekabrın 16-da Peterburqda II Aleksandr, Böyük knyaz Konstantin Nikolayeviç, maliyyə və dəniz nazirləri, habelə Rusiyanın Vaşinqtondakı nümayəndəsi baron Eduard Steklin iştirakı ilə xüsusi iclas keçirilib. Bütün iştirakçılar satış ideyasını bəyəniblər. Maliyyə Nazirliyinin təklifi ilə limit məbləği müəyyən edili? - ən azı beş milyon dollar qızıl. 22 dekabr 1866-cı ildə II Aleksandr ərazinin sərhədini təsdiq edib. 1867-ci ilin martında səfir Stekl Vaşinqtona gəlib və rəsmi olaraq dövlət katibi Uilyam Sevarda satışla bağlı müraciət edib.
Alyaska Satış Müqaviləsi 30 mart 1867-ci ildə Vaşinqtonda imzalanıb. 1.519.000 kv.km sahə 7.2 milyon dollar qızıla, yəni 1 kv.km üçün 4.74 dollara satılıb (1803-cü ildə Fransadan alınan daha məhsuldar və günəşli Fransız Luizianası üçün isə ABŞ 1 kv.km-ə 7 dollar ödəmişdi.). Alyaska həmin il oktyabrın 18-də admiral Aleksey Peşçurovun başçılıq etdiyi donanmanın Rusiyaya qayıdışı ilə tam olaraq ABŞ-ın nəzarətinə keçir. Qala üzərində təntənəli şəkildə Rusiya bayrağı endirilib, Amerika bayrağı qaldırılıb. Mərasim Amerika tərəfindən general Lavelle Russoya həvalə edilib. O, dövlət katibi Uilyam Sevarda bu hadisə ilə bağlı ətraflı hesabat təqdim edib. 1917-ci ildən isə 18 oktyabr ABŞ-da Alyaska günü kimi qeyd olunur.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52

