444 günlük girovluğa qarşı 4,4 milyon dollar təzminat
04.11.2022 [10:38]
“İran Girov Böhranı”ndan 43 il ötür
SADİQ
1979-1981-ci illərdə ABŞ ilə İran arasındakı baş verən və tarixə “İran Girov Böhranı” kimi düşən hadisədən 43 il ötür. Belə ki, 1979-cu ilin əvvəlində İranda baş vermiş İslam İnqilabı şah Məhəmməd Rza Pəhləvinin ölkədən qaçması ilə nəticələndi. Hakimiyyət müvəqqəti İran hökumətinin əlinə keçdi. Qeyd edilməldir ki, İran inqilabı təkcə antimonarxist deyildi, həm də anti-Qərb şüarları altında baş tutmuşdu. Buna görə də baş verənlər Qərb ölkələri, o cümlədən ABŞ tərəfindən son dərəcə mənfi şəkildə qarşılanırdı. İnqilab nəticəsində İranda islam respublikası elan olundu ki, bu da şah rejiminin bəyan etdiyi Qərb demokratiyasının normalarına əməl etməkdən imtina demək idi. Hətta iqtisadiyyatda belə kapitalizmin Qərb modelini rədd edən xüsusi - İslami inkişaf yolu elan edildi. Digər tərəfdən, inqilabi kütlələr “Qərbin hökmranlığı” (ilk növbədə ABŞ-ın) və İranın tətbiq etdiyi “Qərbləşmə” kursunu sosial-iqtisadi və mədəni böhranın səbəbi hesab edərək, Qərb ölkələrinə düşmən münasibət bəsləyirdilər.
1979-cu il noyabrın 4-də Müsəlman Tələbə Təşkilatı ABŞ-ın Tehrandakı səfirliyini zəbt etdi. 66 amerikalı diplomat girov götürüldü - altı amerikalı diplomat isə qaça bildi. Sonradan həmin diplomatlar Kanada səfirliyinin köməyi ilə İrandan çıxarıldılar. ABŞ səfirliyinə hücum edənlər girovlar qarşılığında Nyu-York xəstəxanasında müalicə olunan devrilmiş şah Məhəmməd Rza Pəhləvini İrana təhvil verilməsini tələb edirdilər.
ABŞ prezidenti Cimmi Karter hücumu beynəlxalq qanunların pozulması və terror aktı kimi qiymətləndirərək İrandan Amerika səfirliyini və saxlanılan diplomatları dərhal azad etməyi tələb etdi. Ayətullah Xomeyninin rəhbərlik etdiyi hökumət ABŞ-ın tələbini rədd etdi və səfirliyi ələ keçirən radikalları dəstəklədi.
1979-cu il noyabrın 19-20-də 13 girov - qadınlar və qaradərili səfirliyin əməkdaşları azad olundu. Digər girovların azad edilməsi istiqamətində keçirilən hərbi əməliyyat isə uğursuzluqla nəticələndi - 1980-ci il aprelin 24-də başlayan əməliyyatda hərbi helikopter aerodromda dayanan təyyarə ilə toqquşdu, səkkiz amerikalı hərbçi həlak oldu. 1980-ci ilin yazında uğursuz girovların xilas edilməsi əməliyyatı və münaqişənin həll olunmaması ABŞ prezidenti Cimmi Karterin reputasiyasına mənfi təsir göstərdi və onun 1980-ci il seçkilərində sarsıdıcı məğlubiyyətinin səbəblərindən birinə çevrildi.
1980-ci il iyulun 27-də Şah Məhəmməd Rza Pəhləvinin ölümü və sentyabrda başlayan İran-İraq müharibəsi İran hökumətini ABŞ-la danışıqlara başlamağa sövq etdi. Bu işdə Əlcəzair və Böyük Britaniya vasitəçi qismdə çıxış etdilər. Girovlar azad edilsə də, ABŞ İranın bank hesablarına qoyulan qadağanı götürmədi və ticarət sanksiyalarını ləğv etmədi. 1981-ci il yanvarın 20-də girovluqda qalan 52 diplomat 444 gün həbsdə saxlandıqdan sonra sərbəst buraxıldı.
2016-cı ildə isə girov böhranının ABŞ-dan olan qurbanları çətin sınaqdan 36 il sonra kompensasiya aldılar. 53 vətəndaş və ya onların varisləri üçün 4,4 milyon dollar məbləğində kompensasiya ödənlidi...
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

