TV-lərin reytinqini ölçən şirkət yaradılıb
05.11.2022 [10:25]
Yeni şirkət hansı mexanizmlərlə fəaliyyət göstərəcək?
Yeganə BAYRAMOVA
Ölkəmizdə televiziyaların reytinqini ölçmək üçün yeni şirkət yaradılıb. Audiovizual Şuranın sədri İsmət Səttarov “Audiovizual media məkanında reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda bildirib ki, şirkət yaxın iki həftə ərzində ictimaiyyətə təqdim ediləcək.
Şura sədri qeyd edib ki, yeni şirkətin yaradılması ilə uzun illərdən sonra Azərbaycanda reytinqlərin ölçülməsi ilə bağlı problem həllini tapacaq. Bu sahədə müasir texnologiyalardan istifadə olunacaq.
Tamaşaçıların zövqü öyrəniləcək
Sözügedən şirkətin yaradılması barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən professor, televiziya tənqidçisi Qulu Məhərrəmli bildirib ki, TV-lərin reytinqlərinin ölçülməsi olduqca vacib prosesdir. Professorun sözlərinə görə, bu ölçülmə bir növ sosioloji tədqiqatlardır: “Yəni tamaşaçı nəyə baxır, hansı proqramlara üstünlük verir, televiziyalar öz siyasətini bunun ətrafında yaxşı qura bilib, yoxsa yox, auditoriyaya yönəlik verilişlər təqdim olunurmu və s. Audiovizual Şura müasir texnologiyalar əsasında televiziya məkanında reytinqlərin ölçülməsi üçün yeni şirkətin yaradıldığını qeyd edir. Şəxsən bu fəaliyyəti və şirkətin yaradılmasını təqdir edirəm. Lakin hesab edirəm ki, bu işi yalnız bir şirkətin öhdəsinə buraxmaq olmaz. Bir şirkət televiziya məkanındakı reytinqi dəqiq müəyyənləşdirə bilməz. Məsələn, ABŞ-da müasir texnologiyalar əsasında auditoriyanı öyrənən şirkətlər olduqca nüfuzludur və ölkəmizdə də həmin texnologiyadan istifadə edirlər, televiziyalar üçün xüsusi qurğular qurulur, kanallar dəyişən kimi mərkəzə informasiyalar gedir. Bütün bunlar rəqəmsal formada öyrənilir və qeydiyyata alınır. Bu baxımdan düşünürəm ki, ölkəmizdə belə şirkətlərin çox yaradılması və müasir texnologiyalarla televiziyaların reytinqinin öyrənilməsi çox vacibdir. Amma arzuolunandır ki, bu iş bir şirkətin öhdəliyində olmasın. Fikrimcə, Audiovizual Şura da bu barədə düşünə bilər, hər halda televiziyaların reytinqini öyrənmə sisteminin kamilləşməsi üçün onların da müəyyən təklifləri var”.
Q.Məhərrəmli qeyd edib ki, televiziyaların reytinqi ölçüldükdə auditoriyanın nə istədiyinə dair doğru-dürüst mənzərəni görə bilərik: “Televiziyalarda intellektual olmayan və tamaşaçılar üçün gərəksiz layihələr var. Bu baxımdan ekranlarımızda müəyyən proseslər gedir, xüsusilə də, İkinci Qarabağ müharibəsindən sonra tamaşaçıların düşüncəsində yeni meyillər, yeni tendensiyalar var. Digər tərəfdən internet televiziyaları, yutub kanalları televiziyalarımızın rəqibi kimi ciddi mesajlar verir. Xüsusən ictimai müzakirə proqramlarının sayı getdikcə artır. Əlbəttə, bütün bunların hər biri yerüstü televiziyaların proqram siyasətinə bu və ya digər formada təsir edir. Reytinqi ölçməyin də əsas məğzi ondan ibarətdir ki, auditoriyanın tələbatı, zövqü öyrənilsin və tamaşaçıların televiziyadan nə gözlədikləri məlum olsun. Audiovizual Şuraya bu işdə uğurlar arzu edirəm”.
Şirkət yaranarkən uzun proseslərdən keçib
Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovun sözlərinə görə, ölkəmizdəki televiziyaların reytinqini ölçmək üçün şirkətin yaradılması uzun proseslər və mərhələlərdən keçib: “Sözügedən şirkət birdən-birə yaranmayıb. Bunun üçün xeyli vaxt və əmək sərf olunub. Qeyd edim ki, televiziyalarımızdakı reytinqi müəyyənləşdirmək üçün müasir texnologiyalardan istifadə ediləcək. Yaxın zamanlarda şirkətin yaranmasını zəruri edən amillər, televiziyalarda reytinqin ölçülməsi üçün işlərin hansı formada görülməsi və istifadə ediləcək texnologiyalar barədə ictimaiyyətə ətraflı məlumat verəcəyik”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

