Ermənistan Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidir
06.11.2022 [10:43]
DTX rəisi Əli Nağıyev: Erməni faşizmi baş qaldırarsa, tərəddüd etmədən başını bir daha əzəcəyik
Nicat
Əsrlər boyu Azərbaycan xalqı bir çox tarixi günlərə şahidlik etmiş, ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlarla dolu məqamlar yaşayıb. Lakin əminliklə demək olar ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir. Bu fikirləri rəsmi mətbuata açıqlamasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev bildirib.
Müharibədə xüsusi fədakarlıq göstərən təhlükəsizlik orqanlarının əməkdaşlarından söz açan Ə.Nağıyev bu orqanın altı əməkdaşının “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsini də qeyd edib: “Müharibə başladığı ilk gündən təhlükəsizlik orqanlarının əməkdaşları da doğma Vətənin müdafiəsinə qalxaraq döyüş meydanında əsl fədakarlıq nümunələri göstəriblər. Birinci Qarabağ müharibəsində bu orqanın altı əməkdaşının “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi deyilənlərin əyani təzahürüdür. Müqəddəs amal uğrunda qəhrəmancasına şəhid olmuş əməkdaşlarımızın əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır!”
DTX rəisi 90-cı illərdə ölkəmizdə baş verən hadisələrə də diqqət çəkib. O qeyd edib ki, 1991-1993-cü illər ərzində respublikada cərəyan edən xaos, anarxiya və hökm sürən siyasi böhran ölkəni vətəndaş müharibəsi və yenicə qazanılan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuş, Azərbaycanın milli təhlükəsizliyi ciddi risk altına düşmüşdü. “1993-cü ilin iyun ayında xalqın təkidli və israrlı tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev özünün uzaqgörənliyi, dərin zəkası, dəmir iradəsi və liderlik keyfiyyəti sayəsində ölkəni bu ağır vəziyyətdən çıxara bildi, dövlətin təhlükəsizliyinə qarşı yönələn xarici və daxili təhdidlərin qarşısını qətiyyətlə almağa və qazanılan müstəqilliyi qoruyub saxlamağa müvəffəq oldu”.
Ə.Nağıyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin başladığı siyasi və iqtisadi islahatları uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqlarını əsas götürərək, ölkəmizin beynəlxalq hüquqa əsaslanan siyasətini yürütsə də, ikili standartlar bu münaqişənin dinc yolla həll edilməsinə rəvac verməmişdi: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir”. Münaqişənin nizamlanması məqsədilə yaradılmış Minsk qrupunun ermənipərəst mövqedən çıxış etməsindən, Azərbaycan Prezidentinin bir qrupun fəaliyyətsizliyini tənqid etməsindən bəhs edən general-polkovnik əlavə edib ki, Ermənistanda revanşist hisslərlə yaşayan qüvvələr və onlara havadarlıq edən xarici dairələr regionda yaranmış yeni reallıqları qəbul etməlidirlər. O bildirib ki, Ermənistan Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidir: “Əks halda nəzərə almalıdırlar ki, dövlət başçısının dediyi kimi, “Dəmir yumruq yerindədir!”
Əli Nağıyev bildirib ki, erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir: “Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”.
DTX rəisi itkin düşmüş hərbi qulluqçularımızın axtarış prosesi barədə də məlumat verib. Ə.Nağıyevin sözlərinə görə, Vətən müharibəsi dövründə əsir və itkin düşmüş hərbi qulluqçularımızın qaytarılması və axtarışı üzrə də lazımi işlər görülmüş və bu fəaliyyət hazırda da davam etdirilir: “Komissiya tərəfindən aidiyyəti dövlət orqanları və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində 12 hərbçimizin döyüş əməliyyatlarının gedişində yaralanaraq əsir götürüldüyü məlum olmuş və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa müddətdə azad edilərək Vətənə qaytarılıb. Lakin təəssüflər olsun ki, 6 hərbi qulluqçumuzun taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır və onların axtarış prosesi hazırda aktiv şəkildə davam etdirilir. İnanırıq ki, onların yaxınlarının və ailə üzvlərinin həsrətinə tez bir zamanda son qoyulacaq və hərbçilərimizin taleyinə tezliklə aydınlıq gələcəkdir”.
DTX rəisi Ermənistanda müharibə dövründə terrorçuların maddi qarşılıq müqabilində iştirakı faktının aşkara çıxarılmasından da söz açıb: “Müharibə dövründə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İraq və Suriyadan gətirilmiş, terror qruplaşması ilə əlaqəli olan şəxslərin radio danışıqlarının əldə olunması, döyüşlərdə iştirak edən livanlı muzdlu-terrorçunun saxlanılaraq məsuliyyətə cəlb edilməsi Azərbaycana qarşı aparılan hərbi əməliyyatlarda müəyyən maddi qarşılıq müqabilində düşmən tərəfində xarici vətəndaşların iştirakını təsbit edən faktlar kimi vurğulanmalıdır”.
“Dövlətimizin başçısını və xalqımızı əmin edirik ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə, ölkədəki ictimai-siyasi sabitliyə və təhlükəsizlik mühitinə yönələn hər cür təhdidlərin qarşısını bundan sonra da qətiyyətlə alacaq, doğma Vətənin qorunması və müdafiəsi yolunda ümdə vəzifələrin lazımi səviyyədə icrası üçün bundan sonra da bütün qüvvə və vasitələrini səfərbər edəcək, xidməti borclarını layiqincə və vicdanla yerinə yetirərək, dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində daim ayıq-sayıq, sərvaxt duracaqdır!” - deyə Ə.Nağıyev fikirlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35

