Divarlara hopan səslər...
15.11.2022 [10:25]
103 il əvvəl Bakı Dövlət Universitetində ilk dərs günü idi
Günel ABBAS
İlklər heç vaxt unudulmur, onlar yalnız tarix olur. Bu gün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan Bakı Dövlət Universitetində ilk dərsin başlamasından 103 il ötür. Universitetin əsas korpusunun girişində təhsil ocağının yaradılmasını təsvir edən nəhəng bir rəsm əsəri də var. Hər gün tələbələr bu mənzərənin önündən keçərək auditoriyalara daxil olurlar. Divarlara hopan müəllim səslərini duyurlar. Sanki hələ də dərsdən sonra boş qalan auditoriyalarda müəllimlər tələbələrə mühazirə oxuyur.
Bəli, doğma Bakı Dövlət Universiteti bu gün düz 103 ildir yol gəlir. Həm uzun və məşəqqətli, həm də şərəfli bir yol. Xalqın tarixinə yeni bir parlaq səhifə yazmaq üçün bu yola ilk dəfə 15 noyabr 1919-cu ildə çıxdı. BDU bir az ürkək, bir az inamla çıxdı bu yola. Cəmi 40 müəllim, 2 fakültə ilə... Gəlişi mütərəqqi ziyalılarımızın uzun illərdən bəri apardığı mübarizənin təzahürü idi. O ziyalılarımız ki, bu arzunu gerçəkləşdirmək üçün heç bir çətinlikdən qorxmadan, hər əzaba qatlaşdılar. Amma ümidlərini üzmədilər. Onlara bu ümid çırağını yandırmaq Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəsib oldu. Müstəqil dövlətin müstəqil ali təhsil ocağını - Bakı Dövlət Universitetini yaratmağa nail oldular. Bu, Cümhuriyyət xadimlərinin Azərbaycan xalqı qarşısında böyük tarixi xidmətlərindən biri idi.
15 noyabr 1919-cu il şənbə günü BDU-da ilk dərs günü kimi tarixə qızıl hərflərlə yazıldı. Yeni bir tərəqqi dövrünün açılmasının təməli olan bir gün... Azərbaycanda universitet təhsilinin təməli qoyulan ilk gün...
Bakı Dövlət Universiteti mənəvi böyüklüyümüzün simvolu olan təhsil və mədəniyyət məbədimizdir. Bu məbəd Azərbaycanda xalqın maarif, mədəniyyət və elminin ulu təməli üzərində çatılmış ən gur ocağı oldu.
BDU-da ilk dərs gününün başlaması xəbəri xalqımız, o cümlədən ziyalılar, ictimai-siyasi xadimlər arasında böyük razılıqla qarşılanır. O vaxt bu tarixi hadisələr haqda çox yazılar yazılır. Universitetin ilk rektoru, professor Vasili İvanoviç Razumovski yazır: “Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovşağında yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü xöşbəxt hesab edə bilərik”.
İnzibati-amirlik sisteminin formalaşdığı, kütləvi repressiyaların və qırmızı terrorun hökm sürdüyü illərdə universitet repressiya dövrünü də yaşadı. Bu, universitet həyatında “təhsilin siyasiləşməsi” dövrü idi. Divarları arasında hər an “xalq düşmənləri” peyda olan təhsil ocağı dəhşətli, qorxulu və səksəkəli günlərini, aylarını, illərini yaşadı. Universitet 1930-cu ildə “millətçi” adı ilə bağlandı və bu ağır zaman dörd ilə qədər uzandı. Amma ən çətin illərdə də universitet fədakarlarının hər şeyin yaxşı olacağıyla bağlı ümidi ölmədi.
Universitetin Vətən övladlarına ziya vermək amalı heç vaxt dəyişmədi. Azərbaycan xalqının milli sərvəti və milli iftixarı olan universitet yalnız milli və ictimai tərəqqimiz üçün gərəkli olmadı, həm də o, mənəvi qida rolunu oynadı. Azərbaycanda müstəqil düşüncənin və demokratiyanın beşiyi oldu. Xalq yenidən azadlığı uğrunda mübarizəyə qalxdı və bu mübarizənin önündə məhz BDU-nun müəllim, professor və tələbə heyəti addımladı. İqtisadi, ictimai və mənəvi böhran şəraitinə düşmüş universitet yenidən sınaq dövrünü yaşadı və xoşbəxtlikdən bu sınaqdan da üzüağ çıxaraq dirçəliş dövrünə yol aldı. Ölkəmizdə ali təhsilin və elmin tərəqqisi naminə öhdəsinə düşən vəzifələri layiqincə, şərəflə yerinə yetirdi və yetirir.
Qət edilən uzun yolun sonunda Azərbaycanın elm və təhsil ocağı, milli mədəniyyət və milli kadr mərkəzi kimi qiymətləndirilən Bakı Dövlət Universiteti öz varlığının 103 ilinə çatdı. Bu gün Bakı Dövlət Universiteti təkcə tarixi yox, müəllimləri və məzunları ilə də tanınır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də BDU-nun Tarix fakültəsinin məzunudur. O, Bakı Dövlət Universitetini və burada aldığı təhsili yüksək qiymətləndirmiş, Bakı Dövlət Universitetinin Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, iftixarı olduğunu demişdi.
Hazırda BDU dünyanın bir neçə yüz il əvvəl yaradılmış aparıcı universitetləri ilə əməkdaşlıq edir, hərtərəfli elm və təcrübə mübadiləsi aparır. Bu günə kimi dünyanın 200-ə yaxın aparıcı universiteti Bakı Dövlət Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Onların arasında ABŞ, İngiltərə, Almaniya, Türkiyə, İtaliya kimi böyük ölkələrin aparıcı universitetləri də var.
Sözsüz ki, burada əsas amil Azərbaycan gəncinin elmli, təhsilli və ən əsası vətənpərvər, millətsevər yetişməsidir. Odur ki, Azərbaycan xalqının ən gözəl, orijinal mədəniyyətini, adətlərini qoruyub saxlayan BDU-da milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək hər an diqqət mərkəzindədir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

