/ / Ombudsman Fransa Senatının Azərbaycan əleyhinə qətnaməsi ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb
Ombudsman Fransa Senatının Azərbaycan əleyhinə qətnaməsi ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb
16.11.2022 [12:44]
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair bəyanat yayıb.
Bəyanatda deyilir:
"15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qərəzli, həqiqətdən kənar, ikili standartlara yönəlik bir kağız parçası olmaqla bərabər Fransa Respublikasında beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun süqut etdiyinin bariz göstəricisidir.
BMT-yə üzv olan bütün dövlətlərə, o cümlədən, Fransa dövlətinə münasibətdə məcburi xarakter daşıyan sənədlərdən biri də BMT-nin Nizamnaməsidir.
Beynəlxalq hüququn bir sıra əsas prinsiplərinin təsbit olunduğu BMT Nizamnəməsinin 2-ci maddəsini, 1975-ci il Helsinki Yekun Aktını və bu sənədlərdə təsbit olunmuş prinsipləri, xüsusilə, dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyünə və əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsiplərini bir daha Fransa Senatının üzvlərinə xatırladaraq qəbul edilən qətnamədə yer alan fikirlərin beynəlxalq hüququn sadalan prinsiplərinə zidd olduğunu, Fransanın növbəti dəfə sülh prosesinə mənfi təsir göstərən, insan hüquq və azadlıqlarının pozulmasına şərait yaradan qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir.
30 il ərzində Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı heç bir fikir bildirməyən Fransa hökumətinin ölkəmizə bu cür münasibəti onun həm də insan hüquq və azadlıqlarına hörmətsizliyinin bariz nümunəsidir. Ermənistanın siyasi-hərbi hakimiyyətinin törətdiyi vandalizm aktları nəticəsində xeyli sayda uşaq və qadın olmaqla, minlərlə mülki şəxs həyatını itirmiş və ya yaralanmış, eyni zamanda regionda ciddi humanitar problemlər ortaya çıxmışdır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamələri də icra olunmayaraq kağız üzərində qalmışdır. Azərbaycan Respublikası isə bütün bunlara baxmayaraq Ermənistanla aralarında olan gərginliyi azaltmağa yönələn fəaliyyət həyata keçirmiş, dünya ölkələrindən beynəlxalq hüquq çərçivəsində haqlı mövqe sərgiləmələrini tələb etmişdir.
Azərbaycan Ombudsmanı olaraq dəfələrlə Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətmiş olduğu müharibə cinayətləri, torpaqlarımızın davamlı olaraq minalarla çirkləndirilməsi, dörd mindən çox itkin düşmüş soydaşlarımızın taleyi barədə Ermənistan tərəfindən heç bir məlumatın verilməməsi və digər bu kimi beynəlxalq hüququn ümumbəşəri prinsiplərinə zidd olan hərəkətləri barədə beynəlxalq ictimaiyyətə ünvanladığım bəyanat və müraciətlərə Fransa hökuməti tərəfindən hər hansı münasibət bildirilməmişdir.
Bununla yanaşı Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin hüquqlarının qəddarcasına tapdanması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, 30 il işğal müddətində və 2020-ci il Vətən müharibəsindən sonra torpaqlarımızın minalarla çirkləndirilməsi ilə bağlı faktlar da qəbul edilən qətnamədə nəzərə alınmamışdır.
Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya unutmamışdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmış, soyqırım siyasəti yürütmüş, 1,5 milyon Əlcəzairlinin ölümünə səbəb olmuşdur. Təəssüflə qeyd etmək istərdim ki, Fransa Senatının üzvləri tarixdən dərs götürmələri əvəzinə bu qətnamə ilə milli dini ədavəti qızışdırmaqla yeni münaqişə ocaqları yaratmaq istəyirlər.
Fransa Senatının bu qətnaməsini bir daha qətiyyətlə pisləyir, bölgədə sülh, sabitlik və tərəqqiyə xələl gətirəcək, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olacaq bir təxribatçı addım kimi qiymətləndirirəm".
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

