Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / DÇ-2022: Mərakeşli azarkeşlər Parisdə iğtişaşlar törədib

DÇ-2022: Mərakeşli azarkeşlər Parisdə iğtişaşlar törədib

11.12.2022 [12:40]

Mərakeş millisinin azarkeşləri Qətərdəki dünya çempionatının 1/4 final mərhələsində Portuqaliya üzərində qələbədən sonra Fransanın paytaxtı Parisdə iğtişaşlar törədib.

Yelisey meydanına toplaşan afrikalı fanatlar yığmalarının yarımfinala yüksəlməsini çılğınlıqla qeyd ediblər. Nəticədə polislərlə tərəfdarlar arasında qarşıdurma baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Sosial şəbəkələrdə yayılmış videolarda polislərin azarkeşlərə qarşı fiziki güc tətbiq etdiyi, onları dəyənəklərlə vurduqları açıq-aşkar görünür.

Qeyd edək ki, 1/4 finalda Portuqaliyanı 1:0 hesabı ilə məğlub edən Mərakeş yığması yarımfinalda Fransa ilə qarşılaşacaq. Görüş dekabrın 14-də baş tutacaq.

Paylaş:
Baxılıb: 554 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31