Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Eva Kayli Avropa Parlamentinin sədr müavini səlahiyyətlərindən məhrum edilib

Eva Kayli Avropa Parlamentinin sədr müavini səlahiyyətlərindən məhrum edilib

10.12.2022 [23:16]

Avropa Parlamentinin sədri Roberta Metsola Eva Kaylini müavini səlahiyyətlərindən məhrum etmək qərarına gəlib.

TASS xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi Avropa Parlamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, Belçika hakimiyyət orqanları tərəfindən davam edən araşdırma fonunda R.Metsola Avropa Parlamentinin vitse-prezidentinin bütün səlahiyyətlərini Eva Kaylidən götürmək barədə qərar verib və bu, dərhal qüvvəyə minir.

Digər təfərrüatlar barədə məlumat verilməyib.

Xatırladaq ki, Eva Kayli Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılıb. Daha öncə Belçika prokurorluğu polisin böyük xüsusi əməliyyat keçirməsi, bu əməliyyat zamanı keçmiş Avropa Parlamentinin deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla, 4 nəfərin saxlanıldığı barədə məlumat yaymışdı.

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31