Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan ilk dəfə U-22-lərin Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə U-22-lərin Avropa çempionatına ev sahibliyi edəcək

05.01.2023 [11:51]

Azərbaycan daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək.

Bununla bağlı qərarı Avropa Boks Konfederasiyası İtaliyanın Assizi şəhərində açıqlayıb.

Səsvermənin nəticəsinə əsasən, Azərbaycan digər rəqibləri Bolqarıstan və Rumıniyanı qabaqlayaraq yarışa ev sahibliyi hüququ qazanıb. Bakıda keçiriləcək Avropa çempionatı oktyabr-noyabr ayına təsadüf edəcək. Qitənin ən güclülərinin bir araya gələcəyi və Azərbaycanın ilk dəfə qəbul edəcəyi yarışın dəqiq tarixi bu günlərdə bilinəcək.

Avropa Boks Konfederasiyası, həmçinin digər qitə çempionatlarının da ev sahiblərini açıqlayıb. Yeniyetmələr arasında Avropa birinciliyi iyulda Rumıniyada, məktəblilər arasında yarış avqustda Sloveniyada olacaq.

Qeyd edək ki, Azərbaycan millisi U-22-lərin son Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Nicat

Paylaş:
Baxılıb: 671 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31