Bakıda Holokost qurbanları anılıb
25.01.2023 [15:16]
Yanvarın 25-də Azərbaycan Dillər Universitetinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Holokost qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə əvvəlcə Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla bildirib ki, Holokost qurbanlarının anım günü, sadəcə, insanların anım günü kimi qeyd edilmir, həmçinin onların birlik, bərabərlik, yüksəliş günüdür.
"Holokost qurbanları həyatlarını boş yerə qurban vermədilər. Onlar insanlıq naminə qurban getdilər. Azərbaycan-İsrail münasibətləri bu gün düşmənlərimizin gözləri götürməyəcək qədər güclüdür. Biz bu birliyin gələcəkdə çox xeyrini görəcəyik", - deyə Kamal Abdulla qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov diqqətə çatdırıb ki, Holokost qurbanlarının xatirəsinin yad etmək üçün hər il mərkəz tərəfindən tədbirlər təşkil olunur. O bildirib ki, Holokost yalnız bir xalqın faciəsi deyil, eyni zamanda, insanın insana edə biləcəyi ən böyük cinayətdir. "Biz soyqırımından, ayrı-seçkilikdən, deportasiyadan dərs çıxararaq daha gözəl gələcəyə addım atmalıyıq. Ölkəmizdəki yəhudilər min illərlə Azərbaycan xalqı ilə birlikdə sülh şəraitində yaşayırlar”, - deyə Rəvan Həsənov vurğulayıb.
İsrailin ölkəmizdəki səfiri Corc Dik isə deyib ki, yəhudi nifrəti hələ də mövcuddur və bu nifrət əvvəlkindən daha qəddar, daha kəskin formadadır. Təəssüf ki, 75 il bundan qabaq yəhudilər öz ölkələrindən qovulsalar da, yəhudi nifrəti hələ də kəskin şəkildə qalmaqdadır.
Səfir bildirib ki, Azərbaycan bütün xalqların, eləcə də yəhudilərin sülh şəraitində, heç bir problem olmadan yaşadığı ölkədir. Onun sözlərinə görə, burada hər hansı ravvin heç bir narahatlıq keçirmədən, sərbəst şəkildə gəzə bilər. Onlar hətta Bakı küçələrində gəzərkən özlərini Avropanın ən məşhur paytaxtlarından belə təhlükəsizlikdə hiss edirlər.
Tədbirdə daha sonra Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının baş ravvini Şneor Seqal, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili , gürcü yəhudiləri icması sədrinin müavini Moisey Bekker çıxış edərək bildiriblər ki, Holokost tarixin, sadəcə, qanlı səhifəsi deyil, eyni zamanda, kimliyin insanlığın əlindən alınmasıdır.
Vurğulanıb ki, Holokost zamanı 6 milyondan çox yəhudi qırğına məruz qalıb. Onların 1,5 milyonu uşaqlar olub. Qeyd edilib ki, Holokostun unudulmaması insanlıq üçün çox vacibdir, ən vacibi isə Holokostun tarixinin gələcək nəsillərə ötürülməsidir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin göstərişi ilə bu yaxınlarda İsraildə Azərbaycanın səfirliyi açılıb. Bu İsrail-Azərbaycan əməkdaşlığının daha da yaxşılaşmasına mühüm töhfədir.
Xatırladaq ki, BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən, hər il yanvarın 27-si Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.
Xəbər lenti
Hamısına baxGündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

