Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib

Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib

08.02.2023 [11:26]

Türkiyədə güclü zəlzələdən zərərçəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib.

Bu gündən yardımlar Heydər Əliyev adına İdman Konsert Kompleksində toplanır.

"Yardımla bağlı Babək prospektində yerləşən "Doğtaş" mebel qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi olaraq dəyişilib", - Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Vətəndaşlar yardımlarını bu ünvana gətirə bilərlər.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Paylaş:
Baxılıb: 605 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31