İqtisadi əlaqələrimiz beynəlxalq müstəvidə
03.03.2023 [10:16]
ABŞ Beynəlxalq İnkişaf Agentliyi KOBİA ilə əməkdaşlığa hazırdır
Günel ABBASOVA
Maliyyə və bank sektorunda mexanizmlərin yenilənməsi, beynəlxalq təcrübədən istifadə daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan mütəmadi olaraq xarici şirkətlər və agentliklərlə sektorun inkişaf dinamikası və təcrübələr barədə fikir mübadilələri aparılır, konfranslar təşkil edilir.
Belə tədbirlərdən biri də ötən gün “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda Bakıda baş tutan konfransdır. Konfrans İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılığı ilə keçirilib. Maliyyə və bank sahəsində yerli və beynəlxalq qurumların, özəl sektor nümayəndələrinin, ümumilikdə, 200-ə yaxın şəxsin iştirakı ilə keçirilən tədbirdə KOB-ların maliyyələşdirilməsi, bu sahədə alternativ maliyyə alətləri və beynəlxalq təcrübə, alternativ maliyyələşmə mexanizmlərinin Azərbaycanda tətbiqi imkanları müzakirə edilib.
Forum çərçivəsində “İslam bankçılığı və mikromaliyyəsi: Azərbaycanda inkişafı perspektivləri”, “KOB dəstək alətləri: Zəmanət, Aktivlərə əsaslanan maliyyələşmə və Lizinq” və “Startap ekosisteminin inkişafının əhəmiyyəti” mövzuları üzrə panel müzakirələr təşkil edilib. Panel iclaslarda qeyd olunan mövzular üzrə yerli və beynəlxalq təcrübə, gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılır.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, gələcəkdə bu istiqamətdə praktiki addımların atılmasını təmin edəcəyik.
KOBİA sədrinin sözlərinə görə, 18 yanvar 2017-ci il tarixində Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı arasında bağlanmış “Azərbaycan Respublikasında İslam Maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında Qrant Sazişi” üzrə benefisiar qurum qismində KOBİA müəyyən edilib: “Ötən dövrdə “Azərbaycanda İslam Bankçılığı üçün Hüquqi Çərçivənin İnkişaf Etdirilməsi” layihəsinin həyata keçirilməsinə dair konsorsium yaradılıb, ekspertlər aidiyyəti dövlət qurumlarında müzakirələr aparıb. Eyni zamanda, Azərbaycanda İslam maliyyəsi ekosisteminin yaradılması üzrə Yol Xəritəsi və “İslam bankçılığı üçün təklif edilən qanunvericilik dəyişiklikləri” haqqında hesabat hazırlanaraq müvafiq dövlət qurumlarına aidiyyəti üzrə təqdim edilib”.
O. Məmmədov deyib ki, investor axtarışında olan sahibkarlarla investorlar arasında birbaşa təmas yaratmaq məqsədilə Agentlik KOB investisiya portalı (invest.smb.gov.az) yaradıb və istifadəyə verib: “Artıq bu portalda 26 layihə təklifi, 6 hazır biznes satışı elanı, 1 françayzinq təklifi yerləşdirilib. Digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində Agentlik Sahibkarlığın İnkişafı Fondu ilə bərabər 10 min manata qədər güzəştli kreditə ehtiyacı olan sahibkarlara təminatsız kreditləşmə mexanizminin tətbiqinə start verib və bu istiqamətdə işlər davam etdiriləcək”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva bildirib ki, bu il Azərbaycanda yeni vençur fondunun yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, fondun nizamnamə kapitalının 20 milyon manat olması planlaşdırılır. Xatırladaq ki, Azərbaycanda ötən il yaradılan “Caucasus Ventures” adlı vençur fondu 11 milyon manat nizamnamə kapitalına malikdir. Bunun 5 milyon manatını dövlətin adından çıxış edən nazirlik, 5 milyon manatını “PAŞA Holdinq” MMC, 1 milyon manatını isə 6 kiçik sahibkar təmin edib.
USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) aqrar sahədə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (USAİD) ilə əməkdaşlığa hazırdır: “Azərbaycanda kənd təsərrüfatı çox böyük potensialı olan sahədir, bu sahədə KOBİA ilə əməkdaşlığa hazırıq. Aqrar sahədə çoxlu iş yerləri açıla bilər. Bunun üçün kiçik və orta biznesin maliyyələşdirilməsi çox mühümdür. Bugünkü tədbir isə kiçik və orta müəssisələrin nümayəndələrinin maliyyə imkanlarına çıxışla bağlı məlumat əldə etməsi baxımından çox vacibdir”
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

