Xəzər niyə quruyur?
13.04.2023 [11:08]
Qönçə QULİYEVA
Xəzər dənizi planetimizin ən böyük qapalı su hövzəsidir. Onun göl və dəniz adlandırılması hələ də alimlər tərəfindən mübahisələrə səbəb olur. Bəziləri Xəzəri dünyanın ən böyük gölü adlandırsa da, digərləri xüsusiyyətlərinə görə dəniz adlandırır. Lakin geoloji keçmişinə nəzər yetirsək, aydın olar ki, Xəzər dənizi Atlantik okeanının hövzəsinə aid idi. Eyni zamanda, Xəzərin dünyanın digər irisulu hövzələrindən əsas fərqi Dünya Okeanı ilə birbaşa əlaqəsinin olmamasıdır. Məhz okeanlar ilə əlaqəsinin olmasından dolayı suyun səviyyəsi dəyişkən xarakter daşıyır. Hazırda okean səviyyəsindən təqribən 28 metr aşağıdır. Statistikaya görə, Xəzər dənizinin su səviyyəsində 2021-ci ildə 35 santimetr, 2022-ci ildə isə 20-25 santimetr enmə müşahidə edilib.
Digər dənizlərdə su səviyyəsi çoxalsa da...
Dünya okeanlarında və dənizlərində buzlaqların əriməsinə görə su səviyyəsində çoxalma müşahidə olunur. Xəzər dənizi isə, qeyd etdiyimiz kimi, qapalı su hövzəsi olduğuna görə onun xüsusiyyətləri digər dünya dənizlərindən fərqlənir. Dünya göl sularının ümumi həcminin 45 faizi Xəzərin payına düşür. Okean və başqa su hövzələri ilə əlaqəsi olan dənizlərdən fərqli olan Xəzərin özünəməxsus hidrometereoloji və bioloji refmi var. Xəzər suyunun ümumi həcmi onun Şimali, Cənubi və Orta hissəsi arasında qeyri-bərabər paylanıb. Belə ki, göstəricilərə görə, Şimali Xəzər ümumi həcmin yalnız 0,5 %-ni, Orta Xəzər 34 % -ni təşkil edir. Suyun əsas hissəsi, yəni, ümumi həcmin 65 % Cənubi Xəzərin payına düşür. Şimali, Orta və Cənubi Xəzərin sahələri və onların suyunun həcmləri nisbətləri uyğun olaraq 1:1,5:1,6 və 1:67:129 kimidir.
Xəzərin qidalanmasında əsas yeri Volqa çayının hövzəsi tutur. Volqa çayından başqa burada Terek, Sulak, Samur, Kür, Emba, Qafqazın kiçik çayları və İran sahillərindən axan çaylar aiddir. Qeyd edək ki, yağıntıların azalması səbəbindən çay sularının azalması Xəzərin su səviyyəsinin enməsinə şərait yaradan amillərdən biridir.
Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi və səbəbləri ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür: “Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni, onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır. Dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Xəzər dənizinin su səviyyəsi fəsillərə görə də dəyişkənlik göstərir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir. Son 200 ildə təxminən 4 metr amplitutda mütəmadi olaraq su səviyyəsi ya qalxır, ya da düşür”.
Xəzər suyunun səviyyəsinin əvvəllər də azaldığını vurğulayan Rasim Səttarzadə bildirib ki, XX əsrdə suyun ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Onun sözlərinə görə, azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər: “Sonradan qısa dövrdə, yəni, 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2005-ci ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir. Dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək mümkün deyil. Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb. Hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

