Vəzifəni itirmək bahasına...
14.04.2023 [11:04]
Nərimanov oyuna gəldiyini etiraf etmişdi
Baş verən hadisələr, ümumi proseslər cəmiyyətdə birmənalı qarşılanmır. Bir çox hallarda bunun şahidi oluruq. Xüsusilə də tarixi şəxsiyyətlərlə bağlı günümüzdə ortaya atılan faktlar bəzən em?sional təsir yaradır. Bu da insanların həmin şəxsiyyətlər barədə fikirlərini dəyişmək üçün kifayətdir.
Söhbət bir müddət əvvəl sosial mediada Nəriman Nərimanovun heykəli barədə yazılan və onun ünvanına söylənilənlərlə bağlıdır. Bu gün Nəriman Nərimanovun 153 yaşı tamam olur.
Bir qədər mistik yanaşaraq Nəriman Nərimanovun sağ olduğunu düşünək. Hərhalda haqqında deyilənlərlə bağlı real cavabları, əsasları, səbəbləri olardı. İndi düşünək, cavab vermə şansı olmayan bir adamı ittiham etmək, faktları yönəltmək nə dərəcədə doğrudur?! Bunu doğrunu yanlışdan ayırmaq bacarığımız olanda düşünərik.
İşə gedib gələrkən ən azından gündə iki dəfə onun başına fırlanırıq. Amma bu günə qədər bir az da olsa, marağımız yaranmayıb ki, hər gün “başına döndüyümüz”, şəhərin ən uca yerlərindən birində heykəli ucalan bu adam kimdir? Ta ki biri çıxıb hansısa faktları önümüzə atana qədər. Ümumiyyətlə, bu bizim xarakterimizdə var. Hansısa bir məqamın diqqətimizi çəkməsi üçün gərək mənfi bir hadisə baş versin. Əks halda biz monotonluğa öyrəşmiş və bundan əsla sıxılmayan adamlarıq. Bu qədər dərd-sərin arasında kimin nəyinə lazımdır Nərimanov kimdir, nəçidir? Axı bizim işimiz küyə getməkdir.
Elə bu gün haqqında danışdığımız, qınadığımız Nəriman Nərimanov da bizdən biridir. Bu gün kiçik məqamlarda küyə gedən insanların, böyük situasiyalarda tora düşən birini qınaması da absurd yanaşmadır. Böyüklərimiz “əsas səhv etmək yox, o səhvi anlamaq və geri dönməkdir” deyiblər. Nəriman Nərimanov öz səhvini o dərəcə anlayanlardan biridir ki, hətta bunu canı bahasına etiraf edib. Bu etirafı ölümündən bir ay 19 gün qabaq oğlu Nəcəfə yazdığı yarımçıq məktubda bildirib. Hakimiyyət və vəzifə sevdasında olmadığını deyən Nəriman Nərimanovun bu etirafı hər şeyi sübut edir. Belə bir addımı isə ancaq xalqı ürəkdən sevən, onun dərdinə yanan adam ata bilərdi.
İndi bir də düşünək... Nəriman Nərimanov bu millət üçün heç nə etməyibmi? Ya da siz düşünməyin, biz faktları təqdim edək:
... Peşəsinə görə həkim, ədəbi maraqlarına görə yazıçı, taleyinə görə siyasətçi olan Nəriman Nərimanov XX əsr Azərbaycan tarixində vacib şəxsiyyətlərdən biridir. O, siyasətçidən əlavə bir maarifpərvər kimi Azərbaycan tarixində mühüm rol oynayıb, ilk qiraətxananı açıb. Ədəbiyyatçı kimi milli romanımız olan “Bahadır və Sona” və ilk tarixi faciə - “Nadir şah” əsərinin müəllifidir. Nərimanovun hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət edilib, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunub.
Məlumdur ki, bir xalqın oyanışının əsas mənbəyi mətbuatdır. Bu mənada Nərimanov milləti oyanışa da səsləyirdi. “Hümmət” qəzetinin baş redaktoru kimi onun maarifçi, oyanış rəhbəri kimi atdığı addımlar danılmazdır. Heç kim də bunu danmır. Yalnız sovet hakimiyyətindən başqa. Həmin dövrdə - sovet hakimiyyətinin müəyyən illərində, Nərimanovun adı siyasi xadim kimi yasaq olunmuşdu.
Təsadüfi deyil ki, ölümündən sonra da ermənilər tərəfindən N.Nərimanova qarşı böhtan kampaniyası davam etdirilirdi. Onun yubileyinin keçirilməsinə imkan vermirdilər. Nəhayət, Azərbaycana rəhbərlik edən Heydər Əliyev bütün bu maneələri aradan qaldıraraq Nəriman Nərimanovun 100 illiyinin təntənəli şəkildə keçirilməsinə nail oldu.
İndi bir də faktlar əsasında düşünək, xalqını sevməyən adamı sovet hakimiyyəti sevməzdimi? Əlbəttə, hadisələrdə ziddiyyət olduğu şübhəsizdir. Ancaq gerçəklər gec-tez gün işığına çıxır. Bu da həqiqətin ən yaxşı xüsusiyyətidir. İllər sonra olsa da, Azərbaycan dövləti müstəqil olduqdan sonra Nəriman Nərimanov layiq olduğu dəyəri gördü. İndi yenidən bu dəyərlərin ləkələnməsi ilə bağlı baş verən hadisələr hər birimizdə şübhə doğurmalı, görüb eşitdiklərimizə gözü qapalı inanmamalıyıq...
Günel ABBAS
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42

